ABŞ vətəndaşlarına çağırış etdi: "Ermənistana getməyin, yoxsa..."

ABŞ vətəndaşlarına çağırış etdi:

ABŞ Dövlət Departamenti vətəndaşlarını Ermənistana və Qarabağda ermənilərin nəzarətində olan ərazilərə səyahət etməkdən çəkinməyə çağırıb.

Miq.Az xəbər verir ki, Dövlət Departamenti Ermənistana səyahət edənlər üçün xəbərdarlığını ən yüksək səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarını bu ölkəyə səyahət etməməyə dəvət edib.

Səbəb kimi COVID-19 göstərilir, lakin xəbərdarlıqa sərhəd gərginliyindən də bəhs olunur.

Dövlət Departamenti xüsusilə vətəndaşlarını Qarabağın ermənilərin əlində olan hissəsinə və ona bitişik ərazilərə getməməsini istəyir. Çünki ABŞ hökuməti bu anda vətəndaşları üçün təhlükəsizlik tədbirləri görə bilmir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az