“...adını “müsəlman”, “ziyalı”, qoyan o kəslər...”

“...adını “müsəlman”, “ziyalı”,  qoyan o kəslər...”

Ərdəbildən Ayətullah İmam Cumə Seyid Həsən Amilin Son gunlərdə Azərbaycan dövləti, Azərbaycan xalqı haqqında çıxışları, bəyanatları məndə çox təəsüf hissi yaradır ki, o da doğrudan özünü müsəlman sayır? o da özünü Azərbaycanlı sayır?
Bu adını müsəlman qoyan Ayətullahlar Azərbaycan Türk-Müsəlman xalqını, Şiyə-Müsəlman xalqı deyə adlandırırlar, Azərbaycan dövlətinə isə-Bakı dövlətni deyə ifadə edirlər.
Bu adını Müsəlman qoyan din xadimləri İslam dininə, İslami dəyərlərə deyil, xalqın haqq yoluna deyil, Qarabağ torpaqlarında, Azərbaycan xalqına qarşı edilən haqsızlığın yanında, erməni işğalçılarının yanında yer alırlar.Azərbaycan Müsəlman-Türklərinə dəstək olmaq əvəzinə, İşğalçı Ermənistanla hərbi-strateji müttəfiqlik edirlər.
Bu yüksək çinli Azərbaycanlı din xadimləri Güney Azərbaycanda  Azərbaycan xalqının azadlıq ruhunun olmadığını iddia edirlər.
Yadıma 1991- ci il Azərbaycan Parlamenti düşür. O, dövr Ulu Öndər Heydər Əliyev Azərbaycan müstəqilliyi, istiqlaliyyəti üçün mübarizə aparıb-çıxışlar edəndə, O dövr Azərbaycan parlamentində neçə -neçə Araz Əbizadələr və başqaları Azərbaycanlı olmalarına baxmayaraq, Azərbaycanın müstəqilliyi əleyhinə səs verirdilər. O dövrdə önəmli çıxışlardan sonra ulu Öndər Heydər Əliyevlə birlikdə 43 nəfər Azərbaycanın müstəqilliyinə səs verdi.
Tarix göstərir ki, İmperiya maraqlarına xidmət edənlər, necə ki 1991-ci ildə “Ziyalılar” tapıldı, bu gün də Güney Azərbaycanda adını “Müsəlman”, “Azərbaycanlı” qoyan, haqq  yoluna, Xalqın haqqı uğrunda deyil, İmperiya maraqlarına xidmət edən “Ziyalılar” və “Din xadimləri” var. Amma Xalqın yolu haqq yoludur.Çünki Azərbaycan xalqının Allahtaladan verilən azadlıq haqqını və azadlıq ruhunu heç bir imperiya sındıra bilməz.
İrəli Azərbaycan İçtimai Birliyinin sədri,sabiq Millət Vəkili
Baba Tağıyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az