ADNA terrorunda Eldar Mahmudov izi - İTTİHAM

ADNA terrorunda Eldar Mahmudov izi - İTTİHAM
Miq.az Cebhe.info-ya istinadən  xəbər verir ki, belə bir iddia ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, politoloq Ərəstun Oruclu çıxış edib.

Ə.Oruclunun sözlərinə görə, terrorun təşkilində saxta ittiham olunaraq uzunmüddətli və ömürlük həbs cəzaları verilmiş günahsız gənclərə görə də məsuliyyət birbaşa onların və Bakı Ağır Cinayətlər Məhkəməsinin üzərinə düşür:

"Üstündən illər, onilliklər keçsə də bu cinayət yenidən araşdırılmalı və terroru təşkil edənlərdən tutmuş saxta istintaq aparanlar və saxta məhkəmə hökmü çıxaranlaradək hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu saxta cinayət işində imzası olan hər kəs qanun qarşısında cavab verməlidir. Lakin törətdiyi cinayətlərə rəğmən, keçmiş MTN-nin keçmiş rəhbərlərindən 20 nəfərədək həbsdə olmasına və bu qurumun yüzlərlə əməkdaşı işdən qovulmasına baxmayaraq, keçmiş nazir də, onun müavini də, nazirliyin baş istintaq idarəsinin rəisi də, xarici ölkələrin kəşfiyyat xidmətlərinə işləmiş bir neçə general da hələ azadlıqdadır.

Eldar Mahmudovun bu günədək həbs olunmamasının səbəbi olaraq, keçmiş nazirin guya ABŞ-dakı nüfuzlu yəhudi dairələri tərəfindən himayə olunması barədə yüksək hakimiyyət dairələrindən dövriyyəyə buraxılmış şaiyə də tamamilə əsassızdır. Eldar Mahmudov vaxtilə onun mənimsədiyi milyardlarla pulun bir hissəsinə şərik olmuş və hakimiyyətin siyasi qərarlarına ciddi təsiri olan şəxs tərəfindən himayə olunur”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az