ADP-nin 6 üzvü deputatlığa namizədliyini irəli sürüb
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməkdən imtina etsə də, partiya üzvləri arasında deputatlığa namizədliyini irəli sürənlər var.
Vətəninfo.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, heç bir namizədin seçiminə qadağa qoyulmayıb:
"Partiyamızdan bitərəf qaydada 6 nəfər deputatlığa namizədliyini irəli sürüb. Biz üzvlərimizin seçkilərdə iştirakını qadağan etməmişik. Ona görə də onlar hüquqlarından istifadə edərək seçkilərdə iştirak edəcəklər”. Partiya sədri deputatlığa namizəd olan bir neçə nəfərin adını açıqlayıb:
"Noyabrın 1-də keçiriləcək parlament seçkilərində partiyamızın mətbuat katibi Nurəddin İsmayılov və mənim köməkçim Daşqın Nuriyev də iştirak edir”.