Aeroportda ATIŞMA: – 3 ölü

Aeroportda ATIŞMA: – 3 ölü
Tacikistanın paytaxtı Düşənbədə hava limanında cinayətkarlar və təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı insident nəticəsində 2 "omonçu” (Xüsusi Təyinatlı Polis Dəstəsi) və 1 yol polisi işçisi həlak olub, daha biri isə ağır yaralanıb.
Tacikistan hakimiyyəti hadisənin 1992-1997-ci il vətəndaş müharibəsindən sonra güc strukturlarının tabeliyinə keçən dəstə üzvləri tərəfindən törədildiyini deyir.  
Bundan öncə, Düşənbə yaxınlığındakı Vəhdət şəhərində polisa idarəsinə hücum zamanı 4 asayiş keşikçisi də öldürülmüşdü.   


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az