Vətəninfo.az xəbər verir ki, bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının V turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Müzakirələrdən sonra 4 klub cəzalanıb. “Neftçi” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bakılılar oyunun 40-cı dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Saşa Stamenkoviçə görə də 200 manat ödəməlidir. Qapıçı isə 1 oyunluq kənarlaşdırılıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Xəzər Lənkəran”ın futbolçusu Tieqo de Xesusun da cəzası eyni olub. Müdafiəçi 1 matçı buraxmalı olacaq, komandası isə 200 manat xərcə düşəcək.
“Simurq” – “Qəbələ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandru Benqa komandasını daha 200 manat ziyana salıb. Legionerin özü isə 1 matçlıq cəza alıb. Oyunun 20-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib