Afinaya niyə “qaz xəbərdarlığı” etmirik?

Afinaya niyə “qaz xəbərdarlığı” etmirik?
Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına verdiyi ötəngünkü müsahibədə əsas tezislərdən biri də "tənbəlləşmək olmaz” idi.

Miq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər:

"Misal üçün Parisin mərkəzində "Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlətlər də var, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina "Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa Birliyində və UNESKO təşkilatında təşəbbüslərlə çıxış edəcək. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az