Afrikadan gəlib Azərbaycanda deputat oldu - FOTO

Afrikadan gəlib Azərbaycanda deputat oldu - FOTO
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 

Miq.az Unikal.az-a istinadla xəbər verir ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 55.9 faiz səslə öndədir. 

P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri idi.  vakansiya 2023

Ondan başqa daha 3 diplomatımız parlament seçkilərində iştirak edir və onlar da öz dairələrində liderdirlər. 

Onlardan biri ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb və hazırda 51 faiz səslə öndədir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsində 46.7 faiz səslə rəqiblərini üstələyir. 49 yaşlı R.Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub. 

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov isə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində 44.5 faiz səslə irəlidədir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az