Çağırış etdik və türk ordusu yardıma gəldi - Mişri

Çağırış etdik və türk ordusu yardıma gəldi - Mişri

Rəsmi müqavilələr çərçivəsində Liviyadakı Türkiyə qüvvələri ilə muzdlular bərabər səviyyədə görülə bilməz.
 
Axar.az xəbər verir ki, bunu Liviya Dövlət Şurasının sədri Xalid əl-Mişri deyib.
 
Mişri Türkiyə ordusunun Liviya hökumətinin çağırışı əsasında gəldiyini vurğulayıb:
 
"Liviya liviyalıların torpağıdır. Prinsipcə, heç bir xarici gücün torpaqlarımızda olmasını istəmirik. Fransız təyyarələri gəldi və liviyalıları bombaladı. Çad və Sudan üsyançıları, hətta ruslar da gətirildi. Bunun üzərinə beynəlxalq yardım istədik və bir neçə ölkəyə səsləndik. ABŞ, Əlcəzair, İtaliya, Türkiyə və NATO-ya yardım üçün müraciət etdik. Bizim çağırışımıza yalnız Türkiyə cavab verdi".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az