“Akkord” sakinləri donur, əhalidən ürəkparçalayan - Şikayət

“Akkord” sakinləri donur, əhalidən ürəkparçalayan - Şikayət

"Akkord” şirkətinin "Uğur-4” sakinləri evlərində donur.

Vizual.az-a məktub yazan mənzil sahiblərinin sözlərinə görə, hələ də binalara qaz verilməyib. Xırdalan şəhərində yerləşən yaşayış binaları şirkətin ilk tikilən komplekslərindən biridir.

Ancaq bu günə qədər bu binalarda yaşayanlar qaz təchizatı ilə təmin olunmayıb. Sakinlər evlərini elektrik enerjisi ilə qızdırmağa çalışır ki, bu da üç, hətta dörd qat əlavə xərc deməkdir. Sakinlər dəfələrlə şikayət etməsinə baxmayaraq, faydası olmayıb.

Nə şirkət rəhbərliyi, nə də "Azəriqaz” İstehsalat Birliyi sakinləri bu zülmdən xilas edir. Artıq 2015-ci il başa çatır, qışın ən sərt günləri başlanıb, "Akkord” sakinləri isə evlərində donur.

Şikayətçilərdən biri yazır: "Yəqin ki bunu oxuyanların içərisində vicdan hissi azca da olsa oyanacaq. Çünki özləri isti kabinetlərində və qaz olan evlərində rahat yaşayırlar. Biz isə zülm çəkirik. İşıq pulunun hər ay nə qədər olduğunu təxmin etmək çətin deyil. Azı 60-70, bir çox hallarda 100 manat aylıq işıq pulu gəlir.

Halbuki şirkətin digər ərazilərdə yerləşən binaları çoxdan qazla təmin olunub. Həm Yasamal, həm Bakıxanov, həm də Həzi Aslanovda yerləşən binalara xeyli vaxtdır ki qaz verilir. Bizim görünür, kənarda yerləşməyimiz problemlərimizi unutdurub. Bu evləri satanda isə hər bir kommunikasiyanın yüksək səviyyədə olacağına söz vermişdilər. Uşaq, xəstə, yaşlı var”.

Sakinlər deyirlər ki, "Akkord" şirkətinin evlərinin keyfiyyətsiz tikildiyini və təmir edildiyini çox eşitmişdilər. Binaların yuxarı mərtəbələri bütün qış boyu damır. Dəfələrlə deyilsə də, təmir edən olmur. Hətta təzə binalarda su boruları, işıq xətləri bərbad vəziyyətdədir. Pəncərələr laxlayır, qonşunun hamamında olan nəmişlik sənin evini uçurur, pis günə salır, təmirin keyfiyyətindən danışmağa dəyməz.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az