İlham Əliyev tapşırıq verdi - Tariflər endirildi

İlham Əliyev tapşırıq verdi - Tariflər endirildi

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Şuranın katibliyindənVizual.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Azərbaycan Dəmir Yolları” QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşıma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib. Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.

Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.

Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.


 
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az