31 dekabr Düyna Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacağı gözlənilir.
VizualQaynar.info-ya istinadən xəbər verir ki, Prezident yanında Əfv Məsələləri Komissiyası da bununla bağlı bir neçə də iclas keçirib. İclas zamanı tanımış məhbusların da əfv olunması məsələsi gündəm gətirilib.
İndiyədək beynəlxaq insan hüquqları təşkilatları bununla bağlı Azərbaycan hökümətinə dəfələrlə çağrış ediblər. İndi ümid etmək olar ki, onlardan bəziləri azad ediləcək.
Sayt azadlığa buraxılması gözlənilən şəxslərdən bəzilərinin adlarını müəyyənləşdirə bilib. Əldə etdiyimiz məlumata görə, aşağıdakı məhbuslar azad olunacaq:
1. Rəsul Cəfərov - Hüquq müdafiəçisi
2. Rəşad Həsənov - N!DA Vətəndaş Hərəkatının üzvü
3. Rəşadət Axundov - N!DA Vətəndaş Hərəkatının üzvü
4. Anar Məmmədli - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri
5. Rauf Mirqədirov - Jurnalist
Qeyd edək ki, Rauf Mirqədirova dövlət ittihamçısı 7 il iş istəyib. Prosses dekabrın 23-nə təyin edilib. Amma prezidentin imzalayacağı əfv siyahısına onun da adı salınacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL