Türkiyə mediasında AKP-HDP koalisiyasının qurulacağı xəbəri yayılıb
Xəbərdə bildirilir ki, təkrar seçkilərə qədər AKP ilə HDP birgə müvəqqəti hökümət quracaq.
Bu xəbərdən sonra bəzi politoloqlar bu koalisiyanın baş tutması nəticəsində ölkədə vətəndaş müharibəsinin ola biləcəyini deyir.
Yayılan bu iddiaları politoloq Fərhad Mehdiyev Ölkə.az-a verdiyi açıqlamasında şərh edib.
Fərhad Mehdiyev: "Bu məsələyə daha çox MHP sərt reaksiya verəcək. Bu məsələ baş tutsa, seçkiyə təsiri ola bilər. AKP istəyir ki, HDP-dən səsləri alsın. AKP-nin seçkilərdə ala biləcəyi səslər ancaq HDP-dən ola bilər. AKP MHP-dən ən çox 2% səs ala bilər, CHP-dən isə heç cürə səs ala bilməyəcək. AKP-nin apardığı indiki siyasət ona yönəlib ki, təkrar seçkilərdə HDP-dən və bir qədər də MHP-dən səs toplaya bilsin.
Bu müddət ərzində AKP HDP-yə koalisiya təklifi etməyib. Cumhuriyyət qəzetinin yazdığı nə qədər realdır, bunu zaman göstərəcək. Əgər həqiqətən AKP HDP-yə koalisiya təklif edərsə, onda o təklifin altında yatacaq şeylər bunlardır: HDP AKP-yə dəstək verəcək, prezident Ərdoğan olacaq, kürdlərə müəyyən dərəcədə güzəştlər olacaq.
Bu koalisiya baş tutsa, AKP-çilərlə digər türklər arasında müharibə olma ehtimalı azdır. Türklərlə kürdlər arasında müharibə ehtimalı var. Onsuz da PKK-Türkiyə müharibəsi gedir. İddia edildiyi kimi ülkücülərlə AKP-çilər arasında müharibənin olacağı gözlənilmir".
Qeyd edək ki, Türkiyədə təkrar seçkilər bu ilin noyabr ayının 1-nə təyin edilib.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ