“Almaniya PPK-nı silahlandırır” “Azərbaycan Türkiyəyə hər cür formada yardım edə bilər”
Azərbaycan Türkiyəyə hər cür formad yardım edə bilər.
Türkiyədə
son günlər baş verən hadisələr Azərbaycada marqla izlənməkdədir.
Qardaş ölkənin hazırkı aqibəti necə olacaq? Azərbaycan Türkiyəyə hazırkı
dönəmdə necə dəstək verə bilər?
Millət vəkili Zahid Oruc Türkiyədəki son durumu şərh edib:
"Türkiyənin
regionda güclənən nüfuzu hazırda Qərb dairələrini narahat etməkdədir.
Qərb İŞİD-lə mübarizə adı altında peşmergəyə silah göndərir, bu
silahlar isə Türkiyəyə qarşı istifadə olunur. Almaniya açıq formada
PKK-nı silahlandırmaqdadır. Ərdoğanın apardığı siyasəti Türkiyənin
regionda nüfuzunu gücləndirib.
Ərdoğan Türkiyənin regionda
olan nüfuzundan istifadə edərək Misirdə xalq tərəfindən seçilən Mursiyə
dəstək oldu. Keçmiş prezident Hüsnü Mübarəkin generalı Sisi güc
tətbiq edərək Misirdə xalq tərəfindən seçilmiş prezidenti devirdi.
Hazırda Türkiyəni bataqlığa salmağa cəhd edirlər. Qardaş ölkəyə qarşı
İŞİD və Suriyadan olan təhlükə ilə yanaşı, ölkəyə yüz mindən çox qaçqın
da daxil olub, bu da ölkə üçün böyük təhlükə hesab olunur.
Azərbaycanın
Türkiyəyə yardım etməsi məsələsinə gəldikdə isə 2011-ci ildə
Azərbaycanın və Türkiyə arasında bağlanmış müqailəyə görə, ölkəmiz
Türkiyəyə hər cür yardım edə bilrə. Biz qarşılıqlı yardım haqda
müqaviləyə imza atmışıq.”
Moderator.az