Almaniya XİN-dən İrana çağırış: İsrailə güzəştə gedin!

Almaniya XİN-dən İrana çağırış: İsrailə güzəştə gedin!
Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran rəhbərliyinə müraciət edərək, Tehranın nüvə silahı yaratmağa çalışmadığına inandırmağa və danışıqlara getmək əzmini nümayiş etdirməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Röyters” xəbər verib.

"İran ağılla hərəkət etməlidir. Danışıqlar masasına oturmaq üçün heç vaxt gec deyil", - XİN rəhbəri bildirib.

O, həmçinin İsrailin hərbi əməliyyatını dəstəkləyərək, Təl-Əvivin İranın nüvə silahı hazırlaması ilə bağlı narahatlıqlarının "tamamilə başadüşülən" olduğunu söyləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az