AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru məhkəməyə verildi

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru məhkəməyə verildi

Salam, Miq.az  saytının çox hörmətli rəhbərliyi!

Bizə yaxşı məlumdur ki, "Miq.az" media orqanı olaraq Siz və həmkarlarınız verilən xəbərin məsuliyyəti və cəmiyyətə göstərdiyi təsir imkanlarını nəzərə alaraq, bütün fəaliyyətimizi yaxşı əməllər, müqəddəs amallar, dövlətimizin və dövlətçiliyimizin əbədi sabitliyi yolunda mübarizə, maarifləndirmə və ən əsası doğru xəbəri çatdırma üzərində qurmuşunuz. Ona görə də hər kəsin maraqla izləyəcəyi bir sayt formalaşdıra bilmisiniz. Bu səbəbdən də bütün sağlam düşəncənin daşıyıcıları sizin saytı özlərinin doğma tribunası hesab edirlər. Çox ehtimal ki, hər bir kəs maraqlandığı sahələrlə bağlı dəqiqləşdirilmiş məlumatları Sizin saytdan ala bilir.
Bütün bunları nəzərə alaraq aşağıdakı materialı Sizin sayta da göndərməyi özümüzə borc bildik:
 
 
Miq.az saytının çox hörmətli rəhbərliyi!

Nəzərinizə çatdırırıq ki, "TƏZADLAR” qəzetinin 02.10.2014 tarixli nömrəsində mənim "Elmlər Akademiyasında yeni qalmaqal” məqaləmdən sonra   mənə qarşı qeyri-səmimi münasibətinə görə  "Elm” qəzeti  17(1110) saylı nömrəsinin 7-ci səhifəsində üzr istəsə də, bu münasibət baxımından Ə.Salamzadə məni otağına dəvət edib elmi katibin və direktor müavininin yanında əlimi sıxıb bu məsələni dayandırmağı xahiş etsə də, sonradan gizli töhmət verməklə arxadan zərbə vuraraq AMEA-nın əmək veteranı kimi  qurban bayramı  payımı kəsməsi barədə yenə "TƏZADLAR” qəzetinin  28.10.2014 tarixli nömrəsində "Memarlıq və İncəsənət İnstitutunun direktorundan əcaib addım” başlıqlı məqalədən sonra yenə otağına dəvət edib üzr istəməklə yanvarda ikiqat bayram payı versə də, 17.02.2016 tarixdə YAP-ın  institutda yaradılan ilk təşkilatının ilk iclasında idarə heyyətinə üzvlüyümə namizədliyimi buraxmayaraq yeni bir qalmaqal yaradılması az imiş, "nümunəvi qabaqcıl iş təcrübəsinə” baxın ki, 15.02.2016 tarixdə Elmi Şuraya onun fəaliyyət tarixində yazılmış ilk hesabat yeddi ay götür-qoy edib dərin fikirləşdikdən, ciddi-ciddi hazırlaşdıqdan, üç şöbəni "döyüşə” hazırlayaraq nizamladıqdan sonra çirkin niyyətli və qərəzli şəkildə vəzifə həddini sərhəd bilməyərək aşaraq, AR Əmək məcəlləsinin 16-cı maddəsinin "Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” olduğunu unudaraq, 19 sentyabr 2016-cı il tarixdə  keçirilən seminarın işini protokollaşdıraraq 18.11.2016 tarixdə Elmi Şurada yekunlaşdıraraq, qərəzli şəkildə nömrəsiz və tarixsiz məktublarla ünvanlara müraciət edərək məni yenidən 10.01.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə vadar ediblər. Ancaq onlar unudurlar ki, mən Müstəqil Dövlət olmaqla Beynəlxalq aləmdə öz dəsti-xətti, dərin beynəlxalq ictimai nüfuzu olan Azərbaycan Respublikasının vbətəndaşəyam və mənim Konstitusiya hüquqlarımın toxunulmazlığı var. Həmin toxunulmazlığın qarantı isə Ümummilli Liderimiz H.Əliyevin ləyaqətli davamçısı olan sevimli prezidentimiz İlham Əliyevdir. Bu səbəbdən də indi həmin iddia ərizəmi Sizin sayta da göndərirəm ki, Sizin oxucularınız da belə ədalətsizlikdən xəbərdar olsunlar. Xahiş edirəm məhkəmə prosesi başlayana kimi onu saytınızda olduğu kimi verəsiniz.
 
Dərin hörmət və ehtiramla:

Azərbaycan Respublikamızın müstəqilliyinin sarsılmazlığı, dönməzliyi, əbədiliyi yolunda Müstəqil Dövlətimizdə məmur özbaşınalığının sayəsində qərəzli münasibətlərə məruz qalaraq elmi potensialını əbəs yerə  boşuna sərf etməyə vadar olunan
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professor və Almaniyadakı V.Leybnis adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü- akademik Sabir Tağıyev. 


******

Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 

İddiaçı:Tağıyev Sabir Paşa oğlu
                                AMEA-nın əmək veteranı, AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, dosent                     
      

Cavabdeh: Ərtegin Əbdülvəhhab oğlu Salamzadə
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor.



İDDİA ƏRİZƏSİ

(AMEA Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin əməkdaşlarının 19.09.2016-cı il tarixli 01 saylı birgə keçirilmiş iclas protokolunun və həmin protokolun təsdiq edilməsi barədə AMEA Memarlıq və İncəsənət İnstitutunun 18.11.2016-cı il tarixli 6 saylı Elmi Şura iclasının protokol-qərarının ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında)

Mən, Tağıyev Sabir Paşa oğlu baş elmi işçi-dosent olmaqla hal-hazırda AMEA Memarlıq və İncəsənət İnstitutunun(AMEA Mİİ) "Memarlıq abidələrinin qorunması və bərpa problemləri" şöbəsinin böyük elmi işçisiyəm (vəsiqəmin surəti qoşmada).  

AMEA Memarlıq və İncəsənət İnstitutunda işlədiyim müddətdə Azərbaycanın Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Samux, Daşkəsən, Fizuli, Göyçay, Goranboy, Abşeron, İsmayıllı rayonlarında, eləcə də Gəncə şəhərində, Hacıkənd qəsəbəsində tarixi-memarlıq abidələrinin qorunması və bərpa problemləri ilə məşğul olmuşam, elmi tədqiqat işləri  aparmışam. Bununla bağlı otuza yaxın yerli və Beynəlxalq konfrans, qurultay və simpoziumlarda məruzələr ilə çıxışlar etməklə(siyahı qoşmada) həmin məruzələrimə sertifikatlar almışam (bir qisminin surətləri qoşmada).Xeyli sayda elmi məqalələr, kitablar yazmışam. Kitablarım AMEA Mərkəzi Elmi Kitabxanasının xətti ilə otuza yaxın Beynəlxalq elmi ünvana göndərilmişdir (surəti qoşmada). Rayonlarda apardığım elmi tədqiqat işlərimin nəticəsi olaraq rayon Mədəniyyət Turizm Şöbələrinin müdirləri tərəfindən isti yay günlərində hamının istirahət etdikləri bir vaxtda apardığım tədqiqat işlərimin müqabilində barəmdə cavabdehə  təşəkkür məktubları göndərdilmişdir (surətləri qoşmada). Beynəlxalq konfranslarda isə elmi məruzələrimə yüksək qiymət verilərək bu barədə AMEA prezidentinə  təşəkkür məktubları göndərilmişdir (surətləri qoşmada). Onların nəticəsi olaraq hal-hazırda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDA BEA) (Türkiyə) fəxri professoruyam (diplomun surəti qoşmada); V.Leybnis adına Avropa Təbiət Elmləri Akademiyasının (Almaniya) (ATEA) həqiqi üzvüyəm (vəsiqənin surəti qoşmada); Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyim töhfələrə, Türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə TDABEA-nın "Beynəlxalq qizil ulduz medalı” ilə təltif olunmuşam (surəti qoşmada);elmi-tədqiqat işlərimdəki xüsusi xidmətlərimə görə ATEA-nın "Taclı ulduz” ordeni ilə təltif olunmuşam (surəti qoşmada); Elm və mədəniyyət qarşısındakı böyük xidmətlərimə görə isə Birləşmiş Millətlərin İctimai mükafatlar üzrə Şurasının Beynəlxalq   Mükafatlar İttifaqının (BM İMŞ BMİ)  "VƏZİFƏ  VƏ  ŞƏRƏF” ordeni ilə təltif olunmuşam (Rusiya Federasiyası) (surəti qoşmada).Təltif və mükafatlarım  barədə AMEA saytında və AZƏRTAC-da məlumatlar verilmişdir (məlumatların surətləri və lingləri qoşmada). Bunlarla bərabər  "Respublikanın fəxri xeyriyyəçisi” olmaqla (vəsiqənin surəti qoşmada) "Xalqın nüfuzlu ziyalısı” mükafatının  laureatıyam (surəti qoşmada). Yaşadığım Ceyranbatan qəsəbəsinin  Ağsaqqallar  Şurasının sədriyəm.
Belə ciddi və sistemli şəkildə apardığım  araşdırmalardan sonra  gəldiyim qeyri-adi elmi nəticə ondan ibarət olub ki, qərb bölgəmizdəki qədim tarixi və mədəniyyət abidələri həmin ərazinin qədim və bu günkü sakinləri olan türk dilli xalqlara məxsusdur. Bunun da nəticəsi kimi "Azərbaycanda xristian etiqadlı türk abidələri” mövzusunda məruzələrimi Türkiyənin İstanbul şəhərindəki  Yıldız Texniki Universitetində 2013-cü ildə təşkil olunmuş simpoziuma,  Türkiyənin Aydın Universitetində 2013-cü ildə təşkil olunmuş Beynəlxalq konfransa,   Başkiriyanın Ufa şəhərində2014-cü ildə təşkil olunmuş Beynəlxalq iştiraklı VI Ümumrusiya türkoloji konfransına, Tatarıstanın Kazan şəhərində 2014-cü ildə təşkil olunmuş Beynəlxalq elmi-praktik konfransa, Türkiyənin Konya şəhərində 2014-cü ildə təşkil olunmuş Beynəlxalq simpoziumuna  göndərmişəm. Məruzələrimin tezisləri konfrans və simpoziumların materiallar toplularında və internet saytlarında çap olunub. İfrat dərəcədə dəyərli olan həmin mövzunu   genişləndirərək türk, ingilis və rus dillərinə tərcümə etdirdim və kitab kimi çap olunması barədə əmlakımı girov qoyaraq "Bank-of-Baku”–dan  6000 manat kredit götürdüm (mikrokredit alınması üçün ərizə blankının surəti qoşmada). 

 "Azərbaycanda xristian etiqadlı türk abidələri” kitabım elmi tədqiqat işlərimin nəticəsi olduğu üçün onu institutun 13.11.2013 tarixdə keçirilən elmi şurasına təqdim etdim. Direktor E.Salamzadə onu buraxmadı, seminarda geniş müzakirəyə saxladı. Buna baxmayaraq sağ olsun Şamil Fətullayev-Fiqarov  həmin kitabı prezidenti olduğu Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının 13.11.2013 tarixli  3 saylı protokolunun qərarı ilə çap olunmasına icazə verdi və kitab çap olundu. Seminarda isə direktorun təşkilatçılığı ilə onun komandası mənə qarşı nə qədər qərəzli çıxış etsələr də bir nəticə vermədi. 

 Bu gün artıq mənin "Türkdən dönmə ermənilər” (azərbaycan, türk, ingilis, rus, erməni dillərində), "Təbiətin və cəmiyyətin bəlaları” (Azərbaycan, türk, ingilis, rus, erməni dillərində)  və "Azərbaycanda xristian etiqadlı türk abidələri” (azərbaycan, türk, ingilis, rus  dillərində)   kitablarım  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının xətti ilə 37 Beynəlxalq ünvana- vakflara, tarixi araşdırmalar mərkəzinə, tarixi qurumlara, kitabxanalara, universitetlərə, muzeylərə, elmlər akademiyalarına, elmi mərkəzlərə göndərilmişdir (göndərilən ünvanların siyahısı qoşmada). Beynəlxalq konfrans və simpoziumlarda isə  200-dən yuxarı  xarici ölkə alimlərinə şəxsən təqdim olunmuşdur. İnstitutda işlədiyim müddətdə otuza yaxın respublika və beynəlxalq əhəmiyyətli qurultqy, konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişəm (bir qisminin siyahısı qoşmada). 
Mənə qarşı olan bütün haqsızlıqlara baxmayaraq  29.01.2014 tarixdə mənim email ünvanıma Almaniyanın Lap Lambert Beynəlxalq Akademik nəşriyyatından  aşağıdakı məzmunda məktub almışam: 

"Уважаемый Сабир Тагиев.
 Я пишу от имени международного издательства, LAP Lambert Академическое изд.
 В ходе исследования на Стамбульском университете, я наткнулся на ссылка на Вашей работы на тему «Христианская вера тюркских памятников в Азербайджане». Поскольку тема вашего исследования является актуальным для нас, мы хотели бы узнать если у вас есть полное научную работу например  диссертацию или монографию, которые Вы хотели бы опубликовать в виде книги. Мы являемся международной издатель, целью которой является сделать академические исследования доступными для более широкой аудитории, и мы бы особенно заинтересованы в публиковать ваш тезис в виде печатной книги. Ваш ответ включая адрес электронной почты, к которому я могу отправить электронное письмо с дополнительной информацией в виде вложения будет принята с благодарностью. Я с нетерпением жду, чтобы услышать от вас.
С уважением Ольга Русу Редактор Приобретение” 

Artıq həmin nəşriyyatla müqavilə bağlayaraq nəşriyyatın qeydiyyatına düşüb kitablarımın buraxılması ilə bağlı gərgin iş aparıram. 
Bundan başqa, tədqiqat apardığım Şəmkir, Qazax, Ağstafa rayonlarının Mədəniyyət və Turizm Şöbələrinin rəhbərlərindən cavabdehin ünvanına təşəkkür məktubları gəlsə də bir dəfə də olsun həmin məktublara  əhəmiyyət verilməmiş, elmi şurada və kütləvi tədbirlərdə həmin fikirlər işıqlandırılmamışdır (təşəkkür məktublarının surətləri qoşmada). Belə təşəkkür məzmunlu məktublar hətta AMEA-nı prezidenti akademik A.Əlizadənin elektron ünvanına  13.05.2014 tarixdə Rusiya EA Ufa Elm Mərkəzi nəzdində olan Tarix, dil və ədəbiyyat institutunun direktoru f.e.d., professor F.Q.Xisamitdinova tərəfindən,  17.02.2016 tarixdə Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi Ənənəvi Mədəniyyətin İnkişaf Mərkəzinin direktoru F.X.Zavqaroba tərəfindən də göndərilmişdir (məktubların surətləri qoşmada).  Çöx ehtimal ki, həmin məktublar da akademiyanın prezidenti tərəfindən cavabdehin ünvanına göndərilmişdir. Beynəlxalq əhəmiyyətli həmin təşəkkür məktublarına da hələlik bu günə qədər qərəzli şəkildə əhəmiyyət verilməmişdir.  

26.02.2014 tarixdə çalışdığım "Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbənin əməkdaşlarının  attestasiyası keçirildi. İkinci mən dəvət olundum. 30 kq-a yaxın əsərlərimi stolun üstünə düzməyə macal tapmamış direktorun həyat yoldaşı Rəna Abdullayeva  mənə danışmağa imkan verməyərək  təhqiramiz sözlərlə kəskin çıxış etməyə başladı. Yekun fikri bu oldu ki, mən tutduğum böyük elmi işçi vəzifəsinə uyğun deyiləm və gedə bilərəm. Komissiya üzvləri ilə bərabər  mənə müsbət xasiyyətnamə verib onu imzalayan şöbə müdirim Rahibə Əliyeva da rəng verib-rəng alıb nə deyəcəyini bilmirdi(attestasiyaya təqdim olunmuş xasiyyətnamənin surəti qoşmada). Mənim işimdən narazı qalmadığını nə güclə dilinə gətirdi. İşgüzarlığımı, məsuliyyətli, intizamlı işçi olmağımı peşəkar fəaliyyətimi yüksək qiymətləndirərək, yay məzuniyyət müddətimdə əl çatmaz, ün yetməz dağların zirvələrindən ona zəng edib yeni abidələri müəyyən etdiyimi, naturadan ölçmə işləri apardığımı, bu yaşda hamıdan çox məhsuldar olduğumu, beynəlxalq konfrans və simpoziumlarda uğurlu çıxışlarımı xatırlatdı. Onun fikrini komisiyanın sədri və digər üzvləri  o cümlədə akademiyanın müxbir üzvü Şamil Fətullayev-Fiqarov da təsdiq etsə də Rəna Abdullayeva məni danışmağa qoymayaraq tutduğum vəzifəmə uyğun olmadığımı söylədi və otaqdan çıxmağımı tələb etdi. Direktorun həyat yoldaşının vəzifə həddini belə aşması, heç kimə imkan verməməsi, digər komissiya üzvlərinin fikrini nəzərə almadan hamının adından özü qərar çıxarması məni ancaq və ancaq təəccübləndirirdi.  Məndən sonra iş üzrə cavabdeh özü şəxsən attestasiya otağına girərək qaydalara  zidd olaraq komissiyanın işinə müdaxilə etmiş, barəmdə təkrar qeyri qanuni  gizli səsvermənin keçirilməsini tətbiq edərək məcburən komissiya üzvlərini əleyhimə səs verməyə təhrik etmişdir. Məhkəm qaydasında öz hüququmu bərpa etmək məqsədi ilə rəsmi şəkildə poçt ilə 04.04.2014 tarixdə cavabdehə ərizə göndərərk xahiş etmişəm ki, attestasiya komissiyası tərəfindən barəmdə qəbul olunmuş qərarın və hələ də, mənə elan olunmamış müvafiq qərarının  hər ikisinin surətlərinin  yazılı formada mənə verilməsi üçün  sərəncam versin. Vəziyyətin ciddiliyini görən cavabdeh məni otağına çağıraraq ümumi işlər üzrə direktor müavini İ.Hacıyevin və elmi katib V.Kərimlinin yanında attestasiya komissiyasının qərarının tövsiyyə olduğunu, əmri isə özü verəcəyini bildirdi. Otağının qapısının ağzında əlimi sıxaraq bu işi kütləviləşdirərək  rəsmiləşməməyi xahiş etdi. Belə olarsa, onda tutduğum vəzifəyə uyğun olduğumu və vəzifəmdə  qalaraq işləməyim barədə əmr verəcəyini bildirdi.  Mən isə cavabında ona bildirdim ki, mən kişi sözünün vurğunuyam. Dediyinizə əməl edəcəksinizsə mən davakün adam deyiləm, ərizəmi dayandıraram. Belə də oldu və əmək kitabçamda 28.04.2014 tarixdə 22.04.2014 tarixli 29 nömrəli əmrlə "Attestasiya komissiyasının qərarı ilə böyük elmi işçi saxlanılsın” kimi qeydlər öz əksini tapdı (əmək kitabçamın həmin səhifəsinin surəti qoşmada). Mən indiyə kimi məhsuldar şəkildə işləyərək 2014-2016-cı illərdə Gədəbəy və Tovuz rayonlarının 210 kəndində və üç şəhərlərində olmaqla Gədəbəy rayonunda qeydə alınmış 106 abidəyə qarşı, indiyə kimi qeydə alınmamış  1213 abidə, Tovuz rayonunda isə qeydə alınmış 61 abidəyə qarşı, indiyə kimi qeydə alınmamış 2483 abidə müəyyən edə bildim. Attestasiyanın keçirilmə qaydalarının4.1. maddəsində attestasiya elmi işçinin lazımi bilik və ixtisas səviyyəsi, əldə etdiyi nəticələrin obyektiv və hərtərəfli qiymətləndirilməsi əsasında aparıldığı qeyd olunmasına və attestasiya komissiyalarının işinin aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə uyğun aparılması tələb olunmasına baxmayaraq, belə məhsuldar işçinin işinə qeyri obyektiv, qərəzli və qanunvericiliyin tələblərinə zidd şəkildə qiymət verilirdi.

O vaxtdan etibarən AMEA Mİİ rəhbərliyi tərəfindən barəmdə təzyiqlər  və ədalətsiz münasibətlər xətti yürüdülməyə başlandı. Lakin bütün bunlara baxmayaraq "Qoşa kilsələr” konsepsiyası Azərbaycan və dünya memarlıq tarixi və nəzəriyyəsi kontekstində ilk dəfə qaldırılan fundamental problem olduğundan onunla bağlı 2015-ci ildə Gəncə Dövlət Universitetində təşkil olunmuş "Qafqaz tarixinin aktual məsələləri” Beynəlxalq Konfransında, AMEA GB-nin "Qərb bölgəsinin milli-mənəvi dəyərləri” mövzusunda təşkil etdiyi respublika elmi konfransında,  25-27 may 2016-cı il tarixdə Bakı Avrasiya Universitetində təşkil olunmuş  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda məruzələr oxumuşam və konfrans və simpozium materiallarında çap olunmuşdur.  

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ə.Salamzadənin "S.P.Tağıyevin Kazan şəhərinə getməsi haqqında” 01.02.2016-cı il tarixli X208 nömrəli əmri ilə "Memarlıq abidələrinin qorunması və bərpa problemləri" şöbəsinin böyük elmi işçisi, pedaqoqika üzrə fəlsəfə doktoru Tağıyev Sabir Paşa oğlunun 2016-cı il fevralın 05-dən - 12-dək Tatarstan Respublikasının Kazan şəhərində keçiriləcək "Volqaboyu xalqların ənənəvi mədəniyyəti" adlı III Ümumrussiya Beynəlxalq elmi-praktiki konfransa getməsinə icazə verilmiş, işə çıxmaq vaxtım (fevralın 13-ü - şənbə və 14-ü - bazar) 15.02.2016-cı il hesab edilmişdir. 

Mən, Kazan şəhərinə gedərək, həmin konfransda iştirak etməklə, konfransda nəinki Azərbaycan, dünya memarlıq tarixi və nəzəriyyəsi kontekstində ilk dəfə olan "Qoşa kilsələr” konsepsiyasının mahiyyəti üzrə fundamental mövzulu məruzə ilə çıxış etmişəm, Kazan şəhərindəki pravoslavların, katoliklərin, xaç suyuna çəkilmiş tatarların və yəhudilərin sinaqoq və kilsələrində olaraq yüksək rütbəli din xadimləri ilə görüşərək "Qoşa kilsələr” konsepsiyam barədə onların fikirirlərini də öyrənmişəm. Qayıtdıqdan sonra isə AMEA Mİİ rəhbərliyinə 15 fevral 2016-cı il tarixdə yazılı hesabat vermişəm. Konfransdakı məruzəmin sensasiya xarakterli mahiyyəti üzrə AMEA-nın "Elm və həyat” jurnalı eyni məzmunlu məqaləmi 2016-cı ildə çıxan birinci nömrəsində nəşr etmişdir. Hansı ki, həmin elmi-populyar jurnalın baş redaktoru AMEA prezidenti akademik A.Əlizadədir. Həmin məruzəm həmçinin  bu ilin noyabr ayının 17-18-də Moskva XDU-nun "Türkologiyanın dil-ədəbiyyat-mədəniyyət üzrə müasir problemləri” adlı Beynəlxalq konfransında da maraqla dinlənilmiş və həmin konfransın  materiallarında çap olunmuşdur, 

Bundan başqa "Azərbaycan Albaniyasında qoşa kilsələrin sirrləri” məqaləm R.F.-nın Çelyabinsk şəhərində çıxan  "METEOR-SİTİ” jurnalının 2016-cı ildəki üçüncü nömrəsində də çap olunmuşdur. 

Mən, 05.02.2016 tarixdə Kazan şəhərinə gedərək, "Volqaboyu xalqların ənənəvi mədəniyyəti" adlı III Ümumrussiya Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişəm və məruzə ilə çıxış etmişəm. 12.02.2016 tarixdə qayıtdıqdan sonra 15.02.2016 tarixində AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoruna həmin institutun tarixində ilk dəfə olaraq mən  yazılı hesabat vermişəm. Ərizə ilə müraciət edib xahiş etmişəm ki, ezamiyyəmlə bağlı ərizəmə əlavə etdiyim mövcud hesabat dinlənilməsi üçün elmi şuranın gündəliyinə salınsın, nəzərə alınsın və sonda şəxsi işimə daxil edilsin (ərizəmin və hesabatımın surəti qoşmada).

Bütün bu kimi elmi nailiyyətlərimə baxmayaraq, AMEA Mİİ-də cavabdeh tərəfindən barəmdə qərəzli, ədavətsiz və məqsədli şəkildə mənim bütün tədqiqatlarıma, novatorçuluğuma, bütünlükdə elmi mahiyyətimə və bunlardan irəli gələn bütün elmi yenilliklərimə qarşı cavabdeh və ətrafındakılar tərəfindən yürüdülən bir xətt mövcuddur.

 Məhz bu səbəbdən də 15.02.2016 tarixdə AMEA Mİİ elmi şurasına təqdim etdiyim hesabat yeddi aydan sonra qərəzli şəkildə institutun ümummemarlıq şöbələrinin birgə müzakirəsinə yönəldiılmişdir. Keçirilmiş birgə müzakirənin19.09.2016-cı il tarixli nəticələri birmənalı olaraq özünün bütün mənfi rəyləri ilə əlüyhimə yönəldilmiş, qəbul edilmiş müvafiq protokol əsaslandırılması üçün 18.11.2016-cı il tarixdə AMEA Mİİ  Elmi Şurasına təqdim edilmiş və əleyhimə qərəzli qərar qəbul olunaraq aşağıdakı kimi protokollaşdırılmışdır:

Mənim "Qoşa kilsələrin sirləri” adlı məruzəm və eyni adlı məqaləm - AMEA Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin əməkdaşları tərəfındən 19.09.2016-cı il tarixdə birgə keçirilmiş seminar adlanan iclasda birinci mənim məlumatım dinlənilmədən birmənalı şəkildə düşməncəsinə, qərəzli  müzakirə edilmişdir. Bu iclasda mən sonda onlara əsaslandırılmış şəkildə cavab versəm də onun heç bir mənası olmamışdır. Bütün bunların müqabilində onu deyə bilərəm ki, mən, Kazan şəhərinə gedərək, həmin konfransda iştirak etməklə, konfransda nəinki Azərbaycan, dünya memarlıq tarixi və nəzəriyyəsi kontekstində ilk dəfə olan "Qoşa kilsələr” konsepsiyasının mahiyyəti üzrə fundamental mövzulu məruzə ilə çıxış etmişəm. Bu səbəbdən də  Konfransdakı məruzəmin sensasiya xarakterli mahiyyəti üzrə AMEA-nın "Elm və həyat” jurnalı eyni məzmunlu məqaləmi 2016-cı ildə çıxan birinci nömrəsində nəşr etmişdir. Hansı ki, həmin elmi-populyar jurnalın baş redaktoru AMEA prezidenti akademik A.Əlizadədir. 

Bütün bu kimi elmi nailiyyətlərimə baxmayaraq, AMEA Mİİ-də cavabdeh tərəfindən barəmdə qərəzli, ədavətsiz və məqsədli şəkildə mənim bütün tədqiqatlarıma, novatorçuluğuma, bütünlükdə elmi mahiyyətimə və bunlardan irəli gələn bütün elmi yenilliklərimə qarşı cavabdeh və ətrafındakılar tərəfindən yürüdülən bir xətt mövcuddur.  Məhz bu səbəbdən də 15.02.2016 tarixdə AMEA Mİİ elmi şurasına təqdim etdiyim hesabat yeddi aydan sonra qərəzli şəkildə institutun ümummemarlıq şöbələrinin birgə müzakirəsinə yönəldiılmişdir. Keçirilmiş birgə müzakirənin19.09.2016-cı il tarixli nəticələri birmənalı olaraq özünün bütün mənfi rəyləri ilə əlüyhimə yönəldilmiş, qəbul edilmiş müvafiq protokol əsaslandırılması üçün 18.11.2016-cı il tarixdə AMEA Mİİ  Elmi Şurasına təqdim edilmiş və əleyhimə qərəzli qərar qəbul olunaraq aşağıdakı kimi protokollaşdırılmışdır:

Bundan sonra, mənim "Qoşa kilsələrin sirləri" adlı məruzəmin İnstitutun "Memarllq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin əməkdaşları tərəfindən 19.09.2016-cı il tarixli 01 saylı birgə keçirilmiş iclas protokolunun müzakirəsi və təsdiq edilməsi məsələsinə 18.11.2016-cı il tarixdə AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasında baxılmışdır. 
AMEA Memarlıq və İncəsənət İnstitutunun 18.11.2016-cı il tarixli 6 saylı Elmi Şura iclasının protokol-qərarı qarara alınmışdır ki: 

"1."Memarlıq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin İnstitutun əməkdaşı S.P.Tağıyevin ərizəsinə əsasən onun "Qoşa kilsələrin sirləri" adlı məruzəsi və eyni adlı məqaləsinin müzakirə olunduğu 19.09.2016-ci il tarixli birgə iclasının protokolu təsdiq edilsin; 

2.İnstitutun əməkdaşı, pedaqoji elmlər namizədi, "pedaqogika” ixtisası üzrə dosent S.P.Tağıyevin yazdığı və bir sıra nəşrlərdə dərc etdirdiyi "Qoşa kilsələrin sirləri” adlı məqaləsi qeyri-peşəkar, onun məzmunu isə müasir memarlıq və sənətşünaslıq elmlərinin tarixi, nəzəri və metodoloji müddəalarına zidd hesab edilsin; 

3.Bundan sonra, S.P.Tağıyevə İnstitutun müvafıq şöbələrinin ekspert rəyi və Elmi Şurasının qərarı olmadan elmi jurnal və toplulara, mətbuat orqanlarına, internet resurslarına göndərilən istənilən mövzuda məqalələrinin başlıq və imzasında Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutunun adından, loqotipindən, rekvizit və atributlarından istifadə etmək qadağan edilsin;

4.İnstitutun müdiriyyətinə tapşırılsın ki, bu barədə İnstitut Elmi Şuranın qərarını yazılı surətdə rəsmən müraciət edərək, "Elm və həyat” jumalı, "Elm” qəzeti redaksiyalarının, Azərbaycan MEA-nın veb-saytı, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Multikulturalızm Mərkəzi, Azər TAC agentliyi, Avropa Təbiət Elmləri Akademiyası, Türk Dünyası Araşdırmalar Mərkəzi, Tatarıstan Mədəniyyət Nazirliyi, Rusiya Elmlər Akademiyası Ufa Elmi Mərkəzinin Başqırdıstan EA Tarix, dil və ədəbiyyat İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti rəhbərliyinin, həmçinin digər təşkilat və nəşrlərin nəzərinə çatdırsın.”

Cavabdehin belə qərəzli mövqeyi tək mənə yox,  redaksiya heyətinin tərkibində olduğu rəhbərləri və həmkarları olan AMEA-nın "Elm və həyat” elmi-populyar jurnalının baş redaktoru AMEA prezidenti, akademik A.Əlizadənin,  həmin jurnalın baş redaktorunun  müavinləri: AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, AMEA Rəyasət Heyəti aparatınm İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdınlması İdarəsinin rəisi Zülfüqar Fərzəliyevin,  redaksiya heyətinin üzvləri olan AMEA-mn vitse-prezidenti, akademik İbrahim Quliyevin, AMEA-nm vitse-prezidenti, akademik  Tofiq Nağıyevin, AMEA-nm akademik-katibi, akademik Rasim Əliquliyevin, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin, akademik  Əhliman Əmiraslanovun, akademik  İsmayıl Hacıyevin,  akademik Dilqəm Tağıyevin,  akademik Qərib Məmmədovun,  akademik Fəxrəddin Qədirovun,  akademik Teymur Kərimlinin,  akademikFuad Əliyevin,  akademik Yasim Məmmədəliyevin,  akademik Vaqif Fərzəliyevin,  akademik Ramiz Məmmədovun,  akademik,  Azərbaycan Respublikasmın xalq rəssamı Ömər Eldarovun,  AMEA-nın müxbir üzvü  Nazim Məmmədovun,  AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın,  AMEA-nın müxbir üzvüNamiq Cəlilovun, Azərbaycan Respublikasmın Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun və Azərbaycan Respublikasının Prezidenti yanmda Bilik Fondunun Ölkədaxili Layihələr sektorunun müdiri Abdulla Hacının şəxsiyyətlərinə, ictimai mövqelərinə, elmi dünyagörüşlərinə hörmətsizlikdən başqa bir şey deyildir. Cavabdehin mənə qarşı olan qərəzli mövqeyini bağışlasam da, AMEA-nı korifeylərinə qarşı münasibətini bağışlaya bilmərəm. 

Hesab edirəm ki, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin əməkdaşlarının 19.09.2016-cı il tarixli 01 saylı birgə keçirilmiş iclas protokolu və həmin protokolun təsdiq edilməsi barədə AMEA Memarlıq və İncəsənət İnstitutunun 18.11.2016-cı il tarixli 6 saylı Elmi Şura iclasının protokol-qərarı qanunvericiliyin tələblərinə uyğun deyildir, mənim - Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq abidələrinin qorunması və bərpa problemləri" şöbəsinin böyük elmi işçisi, dosent kimi mənim Konstitusion hüquqlarımı pozmuşdur. Hətta, cavabdeh tərəfindən artıq tarixsiz və nömrəsiz məktublarla nəzərdə tutulan ünvanlara qeyri qanuni şəkildə müraciətlər də edilmişdir (nömrəsiz və tarixsiz  məktubun surəti qoşmada).

Çünki, AMEA Memarlıq və İncəsənət İnstitutu mənim yazdığım və bir sıra nəşrlərdə dərc etdirdiyim "Qoşa kilsələrin sirləri” adlı məqaləmin qeyri-peşəkar, onun məzmunun isə müasir memarlıq və sənətşünaslıq elmlərinin tarixi, nəzəri və metodoloji müddəalarına hansı səbəbdən zidd hesab edilməsini protokol və qərarında göstərməmiş, bunu qanunvericiliyə istinad etməklə əsaslandırmamışdır. 

AMEA Memarlıq və İncəsənət İnstitutunun müvafıq şöbələrinin ekspert rəyi və Elmi Şurasının qərarı olmadan elmi jurnal və toplulara, mətbuat orqanlarına, internet resurslarına göndərilən istənilən mövzuda mənim məqalələrimin başlıq və imzamda Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutunun adından, loqotipindən, rekvizit və atributlarından istifadə etməyimi qadağan edərkən səhvə yol vermiş, qanunvericiliyin tələblərini pozmuş, düzgün olmayan qərarlar qəbul etməklə, mənə maddi və mənəvi zərər vurmaqla yanaşı, İnstitut Elmi Şuranın qanunsuz və əsassız olan qərarını yazılı surətdə rəsmən - "Elm və həyat” jumalı, "Elm” qəzeti redaksiyalarının, Azərbaycan MEA-nın veb-saytı, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Multikulturalızm Mərkəzi, Azər TAC agentliyi, Avropa Təbiət Elmləri Akademiyası, Türk Dünyası Araşdırmalar Mərkəzi, Tatarıstan Mədəniyyət Nazirliyi, Rusiya Elmlər Akademiyası Ufa Elmi Mərkəzinin Başqırdıstan EA Tarix, dil və ədəbiyyat İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti rəhbərliyinə, həmçinin digər təşkilat və nəşrlərə göndərməklə mənim bir alim, elm adamı, dosent, el ağsaqqalı, tanınmış ziyalı müəllim kimi uzun illər ərzində məşğul olduğum elmi fəaliyyətimi şübhə altına salmış, işgüzar nüfuzuma xələl gətirmişdir. 

AMEA Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində mənin işgüzar nüfuzum ləkələnmiş, fiziki və mənəvi iztirablar çəkmişəm, AMEA-nın əmək veteranı olan 2-ci qrup əlil kimi şüuruna ifrat dərəcədə mənfi təsir göstərməklə psixoloji reaksiyaya səbəbolmuşdur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəriilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsbetməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsirgöstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. 

O həm vurulmuş əmlak zərəriilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 

Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
"Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi  haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və Əsas  Azadlıqların  Müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın  anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi  dedikdə ona qarşı  törədilən  qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Azərbaycan Respublikası Konstitusiyasının 30-cü maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsində əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
"Dövlət Rüsumu Haqqında” Qanunun 9.1.1, 9.1.4-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.Lakin həmin qanunun 9.4. maddəsində qeyd olunur: "İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.”
Yuxarıda qeyd olunanları və MPM-nin 4, 47, 149-150-ci maddlərini rəhbər tutaraq məhkəmədən 
XAHİŞ EDİRƏM:

1.AMEA Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq tarixi və nəzəriyyəsi", "Memarlıq abidələrinin qorunması və bərpası problemləri" və "Şəhərsalma" şöbələrinin əməkdaşlarının 19.09.2016-cı il tarixli 01 saylı birgə keçirilmiş iclas protokolu və həmin protokolun təsdiq edilməsi barədə AMEA Memarlıq və İncəsənət İnstitutunun 18.11.2016-cı il tarixli 6 saylı Elmi Şura iclasının protokol-qərarı ləğv edilsin; 
2.AMEA Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş maddi zərərin əvəzi kimi mənim xeyrimə cavabdehdən 50.000 (əlli min)manat,  mənəvi zərərin əvəzi kimi isə 20000 (iyirmi min) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarasınız;
3.Məhkəmə qaydasında iş üzrə cavabdeh – Ə.Ə.Salamzadə tərəfindən AMEA Memarlıq və İncəsənət İnstitutunun 18.11.2016-cı il tarixli 6 saylı Elmi Şura iclasının protokol-qərarındakı, barəmdə iri miqyaslı antiimicmeykerlik əməlinin qərəzli və ədavətsiz nəticələri olaraq indiyədək bütün elmi mənəviyyatımı,elmi kimliyimi, mahiyyətimi, şəxsiyyətimi, bundan irəli gələn işgüzar nüfuzumu bədnam etmək qəsdlərinin nəticəsi olaraq tərəfindən ünvanlanmış məktub və müraciətlərə məhkəmə qaydasında hüquqi qiymət verilərək  ləğv olunsun;
4.AMEA Mİİ direktorunun imzası ilə (müvafiq qətnamə qeyd edilməklə) protokolda qeyd edilmiş bütün yerli və xarici ünvanlara, onların nəşrlərinə müvafiq təkzib və rəddiyyələrin üzrxahlıqla göndərilməsi barəsində Qətnamə çıxarılsın;
5."Dövlət Rüsumu Haqqında” Qanunun 9.4. maddəsinəəsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsinə dair müddəaqətnaməyə daxil edilsin.

Qoşma:  - cəmi  73 (yetmişüç) vərəq:
1.Şəxsiyyət vəsiqəmin surəti;
2.AMEA-nın xidməti  vəsiqəmin  surəti;
3.AMEA-nın əmək veteranı vəsiqəsinin surəti;
4."Azərbaycan Albaniyasında qoşa kilsələrin sirri” məruzəmin surəti;
5.AMEA "Elm və həyat” elmi-populyar jurnalının 1-4 səhifələrinin surəti;
6.AMEA Mİİ-nin Elmi Şura iclasının 18.11.2016-cı il tarixli 6 saylıprotokolundan çıxarışın  surəti;
7.AMEA-nın "Elm və həyat” jurnalının məsul katibi T.Rəhimovaya ünvanlanmış nömrəsiz və tarixsiz məktubun surəti;
8.Beynəlxalq konfranslardan AMEA prezidentinə göndərilən təşəkkür məktublarının surətləri; 
9.Şəmkir, Qazax, Ağstafa rayonlarının Mədəniyyət və Turizm Şöbələrinin  müdirlərinin barəmdə cavabdehə  göndərdikləri təşəkkür məktublarının surətləri;
10.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs şöbəsinin müdiri R.Bayramovun minnətdarlıq məktubunun surəti; 
11.Elmi şuraya göndərilmiş hesabatın surəti;
12.TDA BEA-nın Fəxri professorluq diplomunun surəti;
13.TDA BEA-nın "Beynəlxalq Qızıl ulduz” medalının sənədinin surəti;
14.V.Leybnis adına ATEA-nın həqiqi üzvlük vəsiqəsinin surəti;
15.V.Leybnis adına ATEA-nın "Taclı ulduz” ordeninin diplomunun surəti;
16. Birləşmiş Millətlərin İctimai mükafatlar üzrə Şurasının Beynəlxalq   Mükafatlar İttifaqının  "VƏZİFƏ  VƏ  ŞƏRƏF” ordeninin sənədinin surəti; 
17.Təltif və mükafatlarım  barədə AMEA saytında və AZƏRTAC-da gedən məlumatların surətləri;
18.AMEA-nın MEK-nin  xətti ilə kitablarımın göndərildiyi ünvanların siyahısı;
19.İştirak etdiyim konfrans, qurultay və simpoziumların siyahısı; 
20.Konfrans, qurultay və simpoziumların məruzələrimə verdikləri  sertifikatlar;
21.Mikrokredit alınması üçün ərizə blankının surəti;
22.Şöbə müdirim R.Əliyevanın mənim barəmdə 26.02.2014 tarixdə keçirilən attestasiyayatəqdim etdiyi 20.02.2014 tarixli  xasiyyətnamənin surəti;
23.Əmək kitabçasının son səhifəsinin surəti;


İmza:               Tağıyev Sabir Paşa oğlu


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az