“Vətəninfo.az”a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının sədri Rəşad Bayramov Turqut Ərin “Elçibəyi devirmək üçün məxfi sənəd” iddialarına aydınlıq gətirdi.
Qeyd edək ki,“Azadlıq” qəzetinin 21 iyun tarixli sayında Turkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin “Azadlıqdan tiranlığa” adlı kitabından 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı yazısı dərc olunub. AMİP rəsmisi bildirib ki, yazıda heç bir fakta əsaslanmadan AMİP-i və onun liderini hədəfə alan Turqut Ər dediklərini təsdiqləmək üçün hansısa məxfi sənədin mövcudluğundan danışır və bu sənəddə 3 rus generalı, Rəhim Qazıyev, Ayaz Mütəllibov, Surət Hüseynov, Qurban Xəlilov, Heydər Əliyev, Natiq Əliyev, Yaqub Məmmədov eləcə də Etibar Məmmədovun adının yer aldığını iddia edir.
“Turqut Ərin dediklərinin böhtan və tarixi saxtalaşdırmaqdan başqa bir şey olmadığını təsdiq etmək üçün AMİP-in arxivində olan iki sənədi ictimaiyyətin diqqətinə çatdırmaq kifayət edər” deyən Rəşad Bayramaov əlavə etdi ki, sənədlərin biri rus, digəri isə türk dilindədir və göründüyü kimi rus dilində yazılmış mətnin tərcüməsidir.
“Turqut Ərin məxfi sənəd olaraq ictimaiyyətə sırımaq istədiyi “sənəd”in kağız parçasından başqa bir şey olmadığını bir neçə gün əvvəl demişdim. Həmin yazıların hər hansı bir xüssusi xidmət orqanının və ya mötəbər qurumların deyil Ankaradakı Azərbaycan Kültür dərnəyinin möhürü ilə təsdiqlənməsi də dediklərimi bir daha sübüt edir. Başqa sözlə həmin dövrdə AXC hakimiyyətinə müxalif olmuş partiya və şəxsləri ləkələmək üçün elə kültür dərnəyi tərəfindən hazırlanmış bir əkstəbliğat vasitəsidir. İkinci bir tərəfdən rus dilində olan mətndən də göründüyü kimi həmin “sənəd”də nə AMİP-in nə də onun lideri Etibar Məmmədovun adı heç bir yerdə çəkilmir. Lakin tərcüməyə AMİP-i və onun liderini gözdən salmaq məqsədilə əlavələr edilib və bununla da artıq saxta olduğu məlum olan “sənəd” bir daha saxtalaşdırılıb. Bütün bunları sadalamaqla bir daha qeyd etmə istəyirəm ki, Turqut Ərin iddiaları böhtandan və AMİP-i ləkələmək cəhdindən başqa bir şey deyil” detə əlavə etdi.
kamran