Ana özünü karateçi oğlunun kəməri ilə asdı - Xaçmazda

Ana özünü karateçi oğlunun kəməri ilə asdı - Xaçmazda
Gənc qadın ərindən ayrılaraq ata evinə qayıtmışdı

Azərbaycanda gənc ana intihar edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, intihar hadisəsi Xaçmazın Qələbə küçəsi-7 ünvanında baş verib. Qeyd edilən ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında karateçi oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan İstiPress-ə verilən məlumata görə, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı. 

Xaçmazın hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib. Rayon prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.       
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az