Ankara niyə Ərdoğanın Bakı səfərindən əvvəl PARTLADILIR? - Təsadüf, yoxsa...

Ankara niyə Ərdoğanın Bakı səfərindən əvvəl PARTLADILIR? - Təsadüf, yoxsa...

Xəbər verdiyimiz kimi, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib. Türk Silahlı Qüvvələrinin hərbçilərini daşıyan maşınlara olan bombalı hücum nəticəsində 34 nəfər həlak olub, 125 nəfər yaralanıb. 

Lakin Ankarada bu il ərzində törədilən ikinci terror da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən bir neçə gün əvvələ təsadüf edib. Ötən terror hadisəsində Ərdoğanın Bakı səfəri təxirə salınmışdı. Amma Türkiyənin Azərbaycandakı səfirliyi bu gün açıqlama yayaraq, sabahkı səfərin təxirə düşmədiyini bildirib. 

Miq.az xəbər verir ki, politoloq Qabil Hüseynli sözügedən məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. O, bunların müəyyən məqsədlərdən xəbər verdiyini deyib: "Hələki bütün nüanslar əldə olunmasa da, terrorla bağlı bəlli olan odur ki, Cənubun Şərqində terrorçulara qarşı başladılan və bu gün başlayacaq böyük təmizlənmə işləri ərəfəsindəyik. Kürd mənşəli əhalinin mərkəzi hakimiyyətə tabe olunmasında müəyyən problemlər var”. 

Q.Hüseynli qeyd edib ki, bu problemlərin həll olunmasında türk dövlətləri bütovlükdə çalışmalıdır: "Bütövlükdə PKK və ona qoşulan kürd təşkilatlı terrorçu təşkilatların hamısı ya tabe olmalıdır, ya da silahdan keçirilməlidir”. 

"Türkiyəyə qarşı terror hücumları bəşəriyyətə qarşı olduğu kimi, həm də birbaşa Azərbaycana qarşı yönəlib”. 

Bu sözləri isə açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, Türkiyədə terror hadisələri artıq sistem halını alıb: "Məqsəd Türkiyəni sarsıtmaq, bu ölkənin təsir imkanlarını məhdudlaşdırmaq yolu ilə ətraf ölkələrdə, Suriyada, Azərbaycanda, İraqda, elə Türkiyənin sərhədləri daxilində yeni təhdidedici münaqişə ocaqları, qondarma dövlət qurumları yaratmaq, artıq mövcud olan belə qurumların dayanıqlığını təmin etməkdir. Biz Türkiyə cəmiyyətinin bu terror hadisələrinə görə sarsılmayacağına, dünyanın yeni təhlükəsizlik sisteminin qurulmasında üzərinə düşən müqəddəs missiyanı uğurla yerinə yetirəcəyinə inanırıq”. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az