Ankarada partlayışı PKK terror təşkilatı törədib - "Reuters"

Ankarada partlayışı PKK terror təşkilatı törədib -

"Reuters” xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib.
 
APA-nın xəbərinə görə, "Reuters” xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən verdiyini bildirib.
 
Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az