Antiterror Mərkəzi: MDB ölkələri üçün terror təhlükəsi yüksəkdir

Antiterror Mərkəzi: MDB ölkələri üçün terror təhlükəsi yüksəkdir
"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır".

Miq.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir. 
Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı, MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub.
Antiterror mərkəzinin analizinə əsasən, MDB ölkələrində daxil olunması qadağan edilən internet resurslarının 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlbetmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir". 
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az