Apple 234 milyon dollar ödəyəcək

Apple 234 milyon dollar ödəyəcək

Amerika məhkəməsi Apple korporasiyasının Medisonda yerləşən Viskonsin universitetinin patent hüququnu pozduğuna görə 234 milyon dollar cərimə edib, Business Insider məlumat yayıb.

Sənədlərə görə, bəzi IPhone və IPad modellərində A7, A8 və A8X prosessorların istifadə edilməsi Viskons məzunları tədqiqat fondunun (WARF) 1998-ci ildəki patent hüququnu pozur.

Qeyd edilir ki, 3,5 saatlıq iclasdan sonra Medison məhkəməsi fondun iddia tələbini təmin edib, 2014-cü ilin yanvar ayında irəli sürülən iddianın məbləği 400 milyon dollar olub.

Daha öncə Apple-nin 862 milyon dollar cərimə edilə biləcəyi xəbər verilmişdi.oxu.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az