Aprel döyüşündə düşmənə işləyən CASUS ŞƏBƏKƏSİ-Sübut olundu (RƏSMİ)

Aprel döyüşündə düşmənə işləyən CASUS ŞƏBƏKƏSİ-Sübut olundu (RƏSMİ)

"2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib”.

Miq.Az. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəhbəri Fuad Cavadov bildirib.
Onun sözlərinə görə, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərlərindən atmaq istəyiblər:

"Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Həmin şəxslərin kompüter və mobil telefonları bizim mərkəzə təqdim edilib. Mərkəzin avadanlıqları vasitəsilə onlar düşmən tərəflə yazışmalarını bərpa edib və istintaqa təqdim etmişik. Yazışmalar kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin silinən yazışmalar bərpa edilib”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az