Aqil Abbas: “Azərbaycan Yazıçılar Birliyi niyə ləğv olunmalıdır ki?”

Aqil Abbas: “Azərbaycan Yazıçılar Birliyi niyə ləğv olunmalıdır ki?”
Azərbaycan Yazıçılar Birliyi qurumu təhqir edən yazıçıları məhkəməyə verib, tənqid edənləri yox. Təhqir edirlər. Hər kəsin hüququdur ki, məhkəməyə versin. Məni kimsə təhqir etsələr, mən də məhkəməyə verərəm. Burda müzakirə olunmalı nə var? Təhqir etməsinlər. Haqsız böhtan atmasınlar. Haqsız böhtanlar atırlar, AYB də buna görə məhkəməyə verib. Burda ayrı ciddi bir şey yoxdur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas AYB kimi bir quruma hazırda ehtiyac olmadığı barədə fikirlərə isə belə münasibət bildirib: "Bu quruma ehtiyac var. AYB hazırda dörd jurnal buraxır, gənc yazıçılara mükafatlar, ildə nə qədər yazıçının adını Prezident təqaüdünün verilməsi üçün təqdim edir, kitab təqdimatları keçirir, xarici ölkələrlə əlaqələr saxlayır, yazıçılarımızın əsərləri xaricdə çap olunur, xarici yazıçıların da bizdə əsərləri tərcümə olunur, Tərcümə Mərkəzi var və s. Qeyri-Hökumət Təşkilatıdır. Hökumət də onun jurnallarına görə pul ayırır. AYB niyə ləğv olunmalıdır ki?”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az