Araik komandirlərlə müşavirədə yenə “peşəkar ordu yaratmaq”dan danışdı...-FOTO

Araik komandirlərlə müşavirədə yenə “peşəkar ordu yaratmaq”dan danışdı...-FOTO

Tör-töküntüləri Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. hələ də  Rusiya hərbi kontingentinin himayəsi altında  faktiki fəaliyyət göstərən  separatçı rejimin qondarma "özünümüdafiə ordusu”nun komandanlığı  bu gün – mayın 18-də, indiyədək "Laçının azadlığı günü”nü qeyd etdikləri bir  tarixdə oyuncaq başçıları Araik Arutyunyanın başına toplaşıblar.
 
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.
 
Separatçı xuntanın qanunsuz "müdafiə nazirliyi”nin binasında keçirilən müşavirədə Araik 44 günlük  savaşda "vətənin müdafiəsi”ndə fəal iştiraklarına görə komandirlərə təşəkkür edib. Separatçı rəhbər tezliklə əsəsən müqaviləli hərbçilərdən ibarət "peşəkar ordu yaradılacağı”na, 2023-cü ilədək  işləyən və pensiyaya çıxmış zabitlərin mənzil probleminin həll ediləcəyinə söz verib.
 
P.S. Deyirlər,  Rusiya sülhməramlılarının onların məsuliyyət zonasında olan Xankəndi 
şəhərində separatçı hərbçilərin yığıncağlndan qətiyyən xəbəri olmayıb...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az