Araik Xankəndindən Tərtər rayonunun bu şəhərinə gedən yolu asfaltlamağa başladı...-FOTO

Araik Xankəndindən Tərtər rayonunun bu şəhərinə gedən yolu asfaltlamağa başladı...-FOTO

Görünür, ermənilər bizim gəlişimizə hazırlaşır və bu münasibətlə yolları da təzələyirlər...
 
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin rəsmən sülhməramlı missiyalı Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyan Xankəndindən Ağdərəyə gedən yolun təmir edilib asfaltlanması haqda göstəriş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə erməni mediasına separatçı rejimin qanunsuz "şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyan məlumat çatdırıb.
Onun sözlərinə görə, layihələndirmə işləri iyunda başlanıb, indi isə yolun 27 km-lik hissəsinin tikintisinə və asfaltlanmasına start verilib.
 
Qeyd edək ki, ermənilər 1993-cü ilin yayından 2020-ci ilin noyabrın 20-dək Ağdərəyə getmək üçün əsasən Ağdam şəhərindən və həmin rayonun Sırxavənd kəndindən  keçən yoldan istifadə ediblər. Odur ki, indi Xocalı, Ağdam və Tərtər rayonu ərazilərindən keçən Xankəndi-Ballıca-Almalı-Ulubaba-Sırxavənd-Canyataq-Ağdərə yolundan istifadə etməyə məcburdurlar. Hazırda Ağdamın Sırxavənd, Tərtərin Canyataq və s. kəndləri Rusiya hərbçilərinin nəzarətində qaldığından, yəqin ki, söhbət Sırxavənd kəndinədək olan yolun bərpasından gedir. Görünür, ermənilər bizim gəlişimizə hazırlaşır və bu münasibətlə yolları da təzələyirlər...
 
Zəruri şərh:
 
Xatırladaq ki, Ağdərə - Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Sovet dövründə tarixi adı ləğv edilərək 1939-1991-ci illərdə rəsmən "Mardakert” adlandırılmış keçmiş Ağdərə rayonunun mərkəzi olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
 
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az