“Onlar hər ikisi arxadan zərbə vuranlardı”
Eynulla
Fətullayev yazısında Rasim Musabəyovu siyasi səhnədə tez-tez mövqeyini
dəyişdirməkdə, satqınlıqda ittiham edib. Rasim Musabəyov isə
E.Fətullayevi sifarişlə yazı yazmaqda qınayıb və onun ölümünün
yetişdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlama verərək tərəflər arasında olan gərginliyə münasibət bildirib:
"Bunlar
hər ikisi arxadan zərbə vuranlardı. Eynulla Fətullayevin əvvəlki
yazıları hamıya məlumdur. Həbsdən çıxandan sonra sayt açıb veriblər
işlədir. Rasim Musabəyov da əvvəl başqa mövqedə idi, deputat olduqdan
sonra mövqeyini dəyişdi. Ağzını yummması üçün mandat verdilər ona. Gərək
hər iki şəxs səbrli olalar, siyasət belə şeydir ki, səbr tələb edir. Bu
gün Azərbaycanı qarışdırmaq, ləkələmək istəyən qüvvələr hər an fürsət
gözləyir ki, ölkəmiz haqda mənfi imic formalaşdırsınlar. Musabəyovun
açıqlamasından sonra bəziləri başlayacaq ki, "Azərbaycanda deputat
jurnalisti it kimi öldürməyə çağırış etdi” Mən E.Fətullayevin
R.Musabəyov haqda yazdıqlarında həqiqət görürəm, amma məsələni
böyütməsinlər, təklif edirəm ki, hər iki şəxs barışsın”