Araz Ağalarov ABŞ-ın yeni prezidentindən danışdı-“Bircə bu çatmırdı"…
"Bircə bu çatmırdı… Trampa nə qədər pul vermək lazımdır ki, o, klipdə çəkilsin?” – Araz Ağalarov ABŞ-ın yeni prezidentindən danışdı
Azərbaycanlı əsilli Rusiya milyarderi Araz Ağalarov Donald Trampın prezident seçilməsi ilə bağlı münasibət bildirib.
Avropa.info xəbər verir ki, "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Ağalaraov yeni ABŞ prezidentinin şəxsi keyfiyyətlərindən danışaraq, nə üçün onun qalib gəldiyini açıqlayıb.
"Düşünmürəm ki, Donald Tramp seçkini hər kəs ona qarşı olduğu üçün qazanıb. Yəqin ki, Amerika Rusiyanın düşmən obrazının davamlı olaraq şişirdilməsindən bezib. Görünür, əhali yorulub. Bir də, onlar Trampı çox tez alçaltmağa başladılar. Düşünürəm ki, bu da öz rolunu oynadı. Yəni başlarından böyük hoppandılar və nəticədə etiraz səsləri gəldi” – Ağalarov Trampın qələbəsini belə əsaslandırıb.
K.P: – Sual ciddi deyil. Düzdürmü ki, rusiyalı milyarder Araz Ağalarov Trampı maliyyələşdirməyib? Xanım Klintonun tərəfdarları deyir ki, siz maliyyə köməyi etmisiniz.
A.A: – Mən özüm-özümü maliyyələşdirə bilmirəm, ABŞ prezidentini necə maliyyələşdirəcəm? Biz hamımız ABŞ prezidentinin də içində olduğu böhranlı vəziyyətdəyik. Özümüz vəziyyətdən çıxmağın yolunu axtarırıq” – Ağalarov belə deyib.
Azərbaycanlı oliqarx hesab edir ki, Trampın qələbəsi Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxaracaq. Ağalarov amerikalı milyarderin düşdüyü seksual qalmaqallarla ilə bağlı danışıb.
"Belə fikirləşirəm, ən əsası, əgər kişi qadına sataşırsa, deməli o əsl kişidir. Bu birincisi, pis onda olardı ki, o, kişilərə ilişsin. O ki qaldı sözünün üstündə durmasına, o verdiyi sözü tutur. Başa düşürsünüz, biznesdə sözünüzü tutmasaz, heç nəyə nail ola bilməzsiz. Məsələ ondadır ki, Tramp iki dəfə bankrotluq keçib. Əgər bir insan onların içindən çıxa bilibsə, o yaxşı danışıqlar apara bilən biridir. Yəni o, kompromis tapa bilir. İstənilən siyasət- kompromisdir” – Ağalarov belə deyib.
K.P: – Aydındır. Bəs xarakter olaraq necədir?
A.A: – Donald Tramp mənim çox xoşuma gəldi.
K.P: – Deyin görüm, o Emin Ağalarovun klipində elə-belə çəkilib, havayı olub, belə deyilmi?
A.A: – Bircə bu çatmırdı… Donald Trampa nə qədər pul vermək lazımdır ki, o, klipdə çəkilsin? Əlbəttə ki, pulsuz.
K.P: – Elə-belə dostyana?
A.A: – O zaman "Miss Kainat” konkursu keçirilirdi. Cənab Tramp, buarada bizimlə demək olar ki, bir həftə qaldı. Emilin xahişi vardı ki, o, onun klipində çəkilib. Donald dedi ki, onun 10 dəqiqəsi var, əgər bir dubl çəkmək mümkündürsə. Və o, bir dubla çəkildi.
K.P: Neçənci il idi?
A.A: 2013. Mart ayı.
K.P: Daha bir sual. Ancaq məxfi! Deyə bilərsinizmi, 2013-cü ildə Kremldən kimsə Trampla gizli şəkildə görüşübmü?
A.A: Xeyr! Mən qəti şəkildə deyirəm, dəqiq bilirdim ki, o, kiminlə görüşməlidir.
K.P: Siz Donalda zəng edib onu necə bir yolla təbrik edəcəksinizmi?
A.A: ABŞ prezidentinə zəng eləmək elə də asan deyil. Təbrikə qalanda isə məktub, teleqram yolu ilə əlbəttə təbrik edəcəm.
Miq.az