Arvadı azərbaycanlı milyonçunun 150 min dollarlıq üzüyünü çıxardı - FOTO

Arvadı azərbaycanlı milyonçunun 150 min dollarlıq üzüyünü çıxardı - FOTO
Boşanma iddiaları gücləndi

ABŞ-da həbsdə olan azərbaycanlı milyonçu, Rza Zərrabın həyat yoldaşı onu təmiz sildi. İstiPress-in məlumatına görə, ifaçı Ebru Gündəş gənc ərinin ona bağışladığı sərvət dəyərindəki üzüyünü çıxarıb.
Zərrabın ona hədiyyəsi olan malikanədən köçən Gündəşin boşanacağına dair  bir ilə yaxındır ki, şayiələr gəzir. Lakin müğənni həbsdə olan ərini atmaq fikrində olmayıb. Bir neçə gün öncə isə cütülüyün rəsmən ayrılacağı xəbərləri yenidən gündəmə gəlib. Həftəsonu isə müğənni ərinin evindən köçüb. 
Ötən gücə Şişlidəki əyləncə mərkəzlərindən birində səhnəyə çıxan Ebru Gündəşin fikri deyəsən bu dəfə qətidir. Onu izləməyə gələnlər arasında həmkarı Seda Sayan da olub. Müğənnilər əl verib görüşərkən bir məqam kameraların diqqətindən qaçmayıb. Ərinin ona bağışladığı 150 min dollarlıq nişan üzüyü Ebrunun barmağında olmayıb. 
Üzüyün  çıxarılması boşanma iddialarını yenidən gücləndirib. 
Əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. 



Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az