“Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq”
"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq”.
"Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
"Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorunda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib”, - nazir qeyd edib.
********
Bu şəxslər daha az vergi ödəyəcək - Mikayıl Cabbarov AÇIQLADI
Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.