Aşıq Azər ağır vəziyyətdədir--video

Aşıq Azər ağır vəziyyətdədir--video
Məşhur Azərbaycan aşığı, mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu canı ilə çarpışır.
 
 
Lent.az-ın məlumatına görə, 33 yaşlı məşhur aşıq 3 ildir "Hepatit B” xəstəliyindən əziyyət çəkir. Aşığın yaxın dostu şair Ehtiram İlhamın ATV.az-a verdiyi məlumata görə, Azərin xəstəliyi artıq son həddə çatıb: "Aşıq Azər Xanlaroğlu bu gün bir neçə xəstəliklə çarpışır. "Hepatit B” xəstəliyindən də əziyyət çəkən aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Yataqdan qalxa bilmədiyi, ayaq ustündə durmaq mümkün olmadığı üçün məclislərdə iştirak edə bilmir, maddi sıxıntı çəkir. Xəstəliyinin müalicəsi mümkündür, amma maddi vəziyyət buna imkan vermir. Buradan saza, sözə qiymət verən insanlara səslənirəm ki, Azəri qurtaraq, Allah uzaq eləsin, onu itirə bilərik...”.

Aşıq Azər Xanlaroğlu isə bildirib ki, həqiqətən, artıq o 3 ildir "Hepatit B” xəstəliyindən əziyyət çəkir, artıq yatağından dura bilmir: "Həkimlər deyirlər ki, xəstəliyin müalicəsi İsraildə mümkündür. Deyilənə görə, 60 min dollara başa gəlir”.

Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Çox təəssüf ki, bu gün Xanların yadigarı aşıq Azər Xanlaroğlunun da həyatı təhlükədədir. Şair Ehtiram İlham onu da bildirdi ki, Azər Xanlaroğlunun yaxın vaxtda müalicəsinə başlanılmasa, təəssüf ki, onu itirəcəyik.
 
Miq.az
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az