“Aslan” MMC-nin saxtakarlığı üzə çıxdı-ŞOK

“Aslan” MMC-nin saxtakarlığı üzə çıxdı-ŞOK

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Vətəninfo.az”a daxil olan məlumata görə, İİN-yi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində apardığı yoxlama zamanı “Evrika” əmtəə nişanlı düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib. 

Bundan başqa, yoxlama zamanı albalı və şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan “Twitter”cherry nectar, “Omega” cherry nectar, “Goldstar” peach nectar, “Gold star” cherry nectar sözlərinin qeyd olunduğu müəyyən edilib. Qanun pozuntuları ilə əlaqədar, düşes və tərxun sərinləşdirici içkilərinin, albalı və şaftalı nektarlarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Aslan” MMC-yə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda da yoxlamalar aparılıb. Məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 32a ünvanında Əlif İbrahimova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı isə “Efford” düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, habelə sərinləşdirici içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar barədə məlumatın göstərilmədiyi aşkar edilib. 

Bundan başqa, yoxlama zamanı “Efford” əmtəə nişanlı şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan “Efford” peach nectar, “100% minimum of fruit content” sözlərinin qeyd olunduğu müəyyən olunub.

Müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Əlif İbrahimova icrası məcburi göstəriş verilib.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az