AŞPA sədri Azərbaycanın müdafiəsinə qalxdı: "Torpaqları tərk edin"

AŞPA sədri Azərbaycanın müdafiəsinə qalxdı:

"Dağlıq Qarabağda baş verənlər bizi narahat edir və insanların ölümünə üzülürük. Tərəfləri dərhal atəşkəsə əməl etmələrini və sülh danışıqları üçün müzakirələrə başlamağa çağırıram". Miq.az xəbər verir ki, bu sözləri vropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Qarabağ probleminin sülh yolu ilə həlli üçün səy göstərəcəklərinə vəd verdiklərini deyən AŞPA sədri yaydığı yazılı açıqlamada Azərbaycanın birtərəfli atəşkəs qərarı verməsi ilə bağlı xəbəri məmunluqla qarşıladığını bildirib.

"BMT Təhlküəsizlik Şurasının qərarına uyğun olaraq ermənilərin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilmələri çağırışını edirəm" deyə Pedro Aqramunt qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az