Asta sür maşını, amandı BAŞÇI-Daha bir icra başçısının maşını 200-lə getdi - VİDEO

Asta sür maşını, amandı BAŞÇI-Daha bir icra başçısının maşını 200-lə getdi - VİDEO
Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır. 

Miq.az avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 29-da, saat 10.25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb. 

Düzdür, bu videonu çəkənlər də qayda pozurlar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində - saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200-lə gedir.

Qeyd edək ki, bir müddət əvvəl Mingəçevirin icra başçısının da xidməti maşını saaatda 180-lə gedərkən videosu çəkilmişdi. Bu dəfə isə Ağstafanın icra başçısı Məhərrəm Quliyevin xidməti maşını həmkarını geridə qoyub.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az