Astanada Türk Şurasının V sammiti keçiriləcək

Astanada Türk Şurasının V sammiti keçiriləcək

Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada Türk Şurasının beşinci zirvə toplantısı keçiriləcək.

Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, sammitin əsas mövzusu media və informasiya məsələləri olacaq.

Astana sammitindən əvvəl, sentyabrın 5-də təşkilatın Təhsil nazirlərinin növbəti görüşü keçiriləcək, sentyabr 10-da isə Türk Şurasına üzv dövlətlərin Xarici işlər nazirləri bir araya gələcəklər.

Xatırladaq ki, 2013-cü ildə Türk Şurasının sammiti Azərbaycanın Qəbələ şəhərində, 2014-ci ildə isə Bodrumda baş tutub.

Türk Şurası təşkilatı 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az