“Atışmanın ilk dəqiqələrində Putinə məlumat verilib”

“Atışmanın ilk dəqiqələrində Putinə məlumat verilib”
"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall”da baş verənlərlə bağlı məlumatlandırılıb”.
"İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Crocus City Hall”da baş verənlərin ilk dəqiqələrində prezidentə atışmaların başladığı barədə məlumat verilib. Prezident baş verənlər, həyata keçirilən tədbirlərlə bağlı bütün aidiyyəti qurumlar vasitəsilə mütəmadi olaraq məlumat alır. Prezident bütün lazımi tapşırıqları verib”, - Peskov əlavə edib.

Xatırladaq ki, ötən gün Moskvada "Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Nəticədə 40 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az