Aviazərbə nəticəsində 22 uşaq həlak olub-İdlibdə
YUNİSEF-in xəbərinə görə Suriyanın İdlib əyalətində məktəbə endirilən aviazərbə nəticəsində 22 uşaq həlak olub.
Miq.az xəbər verir ki, bombarduman qurbanlarının sayı 28 nəfər təşkil edir. ”Bu hücum Suriyadakı bütün müharibə dövründə ən qanlı hücum sayıla bilər”- BMT-nin uşaq fondundan Entoni Leyk belə deyib.
"Bu faciədi. Bu zorakılıqdı. Əgər bunu bilərəkdən edirlərsə, hərbi cinayətdir”, təşkilatın başçısının məlumatında danışılır, onun saytında yayılıb. YUNİSEF-in elan etdiyinə görə Suriyanın Şimal-Qərbində yerləşən İdlib nahiyyəsindəki məktəbdə həlak olanların arasında 22 uşaq, 6 müəllim var. Xilasedici və monitorinq qrupunun məlumatına istinad edərək REUTERS aviazərbənin Suriya və Rusiya tərəfindən endirildiyini bildirib. Rosbalt xəbər verir ki, Türkiyənin TRT teleradiokompaniyasıda həmçinin məktəbə hücumda Rusiya aviasiyasını günahlandırıb. Bizim təyyarələr İdlib nahiyyəsində Bəşər Əsəd qüvvələrinə dəstək verir, hansı ki, müxalifətlə döyüşlər aparılır. Rusiyanın Müdafiə nazirlindən hələki ciddi insidentə görə şərh verilməyib. İndiyə qədər Moskva mülki obyektlərə hava zərbələrinin endirilməsini inkar edir. Hazırda YUNİSEF məktəbə aviazərbənin kim tərəfindən endirilməsini aydınlaşdırmağa çalışır.
Musa Muradlı
Miq.az