AVP buraxılır?

AVP buraxılır?
Ana Vətən Partiyasının (AVP) sədri seçildiyini bildirən Elçin Ağamalı atası Fəzail Ağamalının hələ də özünü AVP-nin sədri kimi təqdim etməsinə, partiyanın yaxınlarda buraxılacağı ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirib.

 

E.Ağamalı Pravda.az-a açıqlamasında deyib ki, partiyanın buraxılması gündəmdə deyil.

 

"Hər kəs öz fikrini səsləndirməkdə azaddır. Fəzail müəllimin özünü hələ də sədr kimi təqdim etməsini yanlış hesab edirəm, bu barədə özünə heç nə deməmişəm. Qurultay keçirilib, qurultayın qərarı var. Fəzail müəllim istefa verib. Qurultay özünə yeni sədr seçib. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunub, Nazirlik sənədlərə baxıb, qurultaya hüquqi qiymət verəcək”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az