Avropa çempionatının keçiriləcəyi şəhərlər açıqlandı

Avropa çempionatının keçiriləcəyi şəhərlər açıqlandı

Futbol üzrə 2016-cı il Avropa çempionatının keçiriləcəyi şəhərlər açıqlanıb. 
Lent.az-ı məlumatına görə, oyunlar Fransanın 10 şəhərində təşkil olunacaq.
Bunlar Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sen-Deni, Sent-Etyen və Tuluzadır. Çempionatın seçmə qrup mərhələsinin püşkü 2014-cü ilin yazında atılacaq və sentyabrda oyunlara start veriləcək. Final mərhələsinin püşkatması isə 2015-ci ilin sonlarında olacaq.
Qeyd edək ki, 2016-cı il Avropa çempionatında ilk dəfə 24 ölkə yığması mübarizə aparacaq.

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az