Avropa Gənclər Olimpiya festivalının məşəli Tbilisiyə çatdırılıb

Avropa Gənclər Olimpiya festivalının məşəli Tbilisiyə çatdırılıb
Avropa Gənclər Olimpiya festivalının məşəli Gürcüstanın paytaxtına gətirildi. Vətəninfo.az-ın məlumatına görə, "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Tbilisinin Azadlıq meydanında təşkil olunan tədbirdə Olimpiya alovunun qarşılanma mərasimi keçirilib.

Azadlıq Meydanında toplaşanların qarşısında çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, bu festival həm Gürcüstanın, həm də bütün regionun həyatında mühüm hadisə olacaq.

XIII Avropa Gənclər Olimpiya festivalı iyul 26-dan avqustun 1-nə kimi Gürcüstanın paytaxtında keçiriləcək.

Bu tədbirdə 49 ölkədən 13-18 yaş arasında təxminən 4 min idmançı iştirak edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az