Avropanın təhlükəsizliyi Türkiyəsiz MÜMKÜN DEYİL

Avropanın təhlükəsizliyi Türkiyəsiz MÜMKÜN DEYİL
Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil:

"Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.

Onun sözlərinə görə, bu gün dünyada "meşə qanunları” hökm sürür: "Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az