Avtobusda gənc qızı təpikləyən şəxslə bağlı qərar verildi - VİDEO

Avtobusda gənc qızı təpikləyən şəxslə bağlı qərar verildi - VİDEO

"Mən Baş Qərargah rəisiyəm" - Abdullah

Türkiyədə 1 ay öncə yaşanmış hadisə hələ də mətbuatın gündəmindədir. Təxminən bir ay öncə tibb bacısı olan Ayşegül adlı gənc qız, avtobusla evinə gedərkən 35 yaşlı Abdullah adlı vətəndaşın hücumuna məruz qalıb. Abdullah Çakıroğlu adlı şəxs, Ayşegülün qısa paltar geyindiyini və ətrafdakıları narahat etdiyini idda edərək onu təpikləmişdi. 

Hadisə baş verdikdən sonra Abdullah Çakıroğlu polis tərəfindən saxlanılmışıdı. İfadəsi alınan Abdullah sərbəst buraxılmışdı. Lakin təxminən 7 saat sonra o yenidən polis tərəfindən saxlanılmşdı. 

Məsələ ilə bağlı dünən Anadolu 40-cı Ağır Cəzalar Məhkəməsində ilk qarşılaşma olub. Məhkəmə prosesinə zərərçəkən Ayşegül də qatılıb. 

Prosesdə ifadəsini təsdiqləyən Abdullah bildirib ki, qızın oturuşunun düzgün olmadığını ona deyib. Qız isə ona "sənə nə" cavabını verib. Bundan sonra əsəblərini cilovlaya bilməyən Abdullah, Ayşegülü vurub. 

Abdullah deyib ki, o qızı orta səviyyəli bir zərbə ilə vurub: "Psixi sarsıntı keçirmişəm. Bu tip hallar məndə tez-tez olur. Mən Baş Qərargah rəisiyəm. İfadəmdə də bu yazılıb. Başqa şey xatırlamıram"

İlk məhkəmə iclasının sonunda hakim Abdullah Çakıroğlunun sərbəst buraxılması ilə bağlı qərar verib. Qərara görə Abdullah Ayşegülün iş yerinə və evinə 6 ay boyunca yaxınlaşmamalıdır. 

Abdullahın sərbəst buraxılması Ayşegülü və onun vəkillərini şoka salıb. Gənc tibb bacısı məhkəmə binasında ağlayıb və böyük bir ədalətsizliyin yaşandığını media işçilərinə bildirib. O, qorxduğunu və çox kəskin sarsıntı keçirdiyini deyib. /Bizimyol.info/
[video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az