Çavuşoğlu: Ermənistan atəşkəsi pozsa...

Çavuşoğlu: Ermənistan atəşkəsi pozsa...

Əgər Ermənistan desə ki, biz atəşkəsi pozacağıq, o zaman bundan əvvəl olduğu kimi, yenə də cavabını alacaq.

Miq.Az xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, müharibəni istəyən Ermənistan olub:

"Hər zaman Ermənistan atəşkəs rejimini pozub, müharibəni istəyən də Ermənistan idi. Daha əvvəl atəşkəsi üç dəfə pozdular və bunun cavabını verdilər.

Ya onlar müqaviləyə əməl etməklə könüllü surətdə o torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu öz ərazini tam geri qaytaracaq. Bir daha Azərbaycan Ordusunu təbrik edirəm. Onlar hansı həll yolunu seçərsə, biz həmişə onların yanındayıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az