Çayda boğulan gənclərlə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA

Çayda boğulan gənclərlə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA
Dünən xəbər verdiyimiz kimi, Azərbaycanda iki gəncin çayda boğulması ilə bağlı video yayılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə hadisənin Lerik rayonunda baş verdiyi qeyd olunsa da, FHN-dən saytımıza bildirilib ki, dəhşətli olay Daşkəsən rayonunda olub.

Belə ki, rayon ərazisində süni yaradılan "Daşbulaq" gölündə 10 avqust saat 10:35-də bir nəfərin batdığı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə məlumat verilib. Məlumat üzrə əraziyə yaxın olan Aran Dalğıc Qrupunun xilasediciləri göldə xilasetmə əməliyyatına başlayıb. Həmin gün saat 13:15-də 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun cəsədi sudan çıxarılaraq, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Görüntüdə batan şəxsə köməyə gedən gənc isə xoşbəxtlikdən hadisədən ziyansız ötüşüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az