Aydın Quliyev: “Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə milli şərəf məsələsi kimi baxmalıyıq”.

Aydın Quliyev: “Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə milli şərəf məsələsi kimi baxmalıyıq”.

“Artıq Azərbaycan xalqı Birinci Avropa Oyunlarının ölkəmizə nə verəcəyini görməyə başlayıb. Birmənalı şəkildə demək olar ki, Avropa Oyunlarının Azərbaycana verəcəyini apardığımız izahat işləri ilə lazımi qədər göstərə bilmişik”.

Vətəninfo.az xəbər verir ki,bBunu deyən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, xarici dairələrin bu oyunlara qarşı inadkar şəkildə apardığı qarayaxma kampaniyasının özü də sonda Azərbaycan cəmiyyətində belə bir inam yaradır ki, Azərbaycanı istəməyən qüvvələrin belə narahat vəziyyətə düşməsi səbəbsiz deyil: “Səbəb ondan ibarətdir ki, məhz həmin dairələr Avropa Oyunlarının Azərbaycana verə biləcəyi çox böyük dividentləri artıq bu başdan görməyə başlayıblar. Məhz onu neytrallaşdarməq üçün bütün qüvvələri ilə hücuma keçirlər. Təsadüfi deyil ki, açılış mərasimi yaxınlaşdıqca həmin qüvvələrin daha da fəallaşmasının şahidi oluruq”. Onun sözlərinə görə, Birinci Avropa Oyunları Azərbaycanın dünya üçün açılması deməkdir. Azərbaycanla bağlı indiyə qədər başqalarını səhv, yanlış və qərəzli mülahizələr üzərində inandırmağa şalışan dairələrin ifşası deməkdir. Çünki on minlərlə insan ölkəmizə gələrək hər şeyi öz gözləri ilə görəcəklər. Ölkədəki tolerant mühiti, Azərbaycandakı qonaqpərvərliyi, ölkənin həqiqətən böyük tarix və mədəniyət beşiyi, insanların humanist olduğunu, adət və ənənnələrə hörmətlə yanaşdığını, bununla da sivil dünyanın bir hissəsi olmağa şan atdığını gözləri ilə görəcəklər”. A.Quliyev hesab edir ki, Birinci Avropa Oyunları Qarabağ probleminin həlli istiqamətində gedən proseslərdə ölkənin mövqeyinin daha da möhkəmləndirilməsinə öz təsirini göstərə bilər. Azərbaycan Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya göstərmək fürsəti əldə edib. Bu fürsəti əldən qaçırmaq olmaz: “Azərbaycan Avropaya Avropa Oyunları adlı yeni bir idman konsepsiyası, yeni bir idman fəlsəfəsi təqdim edəcək. Bu isə Avropanın əldə edəcəyi qazancdır. Əslində bəzi Avropa dairələrinin Azərbaycana qarşı apardıqları təbliğat işləri onların adının tarixdə ən rüsvayçı formada qalmasını şərtləndirir. Çünki bu oyunları əslində Avropa keçirməli olduğu halda, Azərbaycan keçirir. Yəni, onların doğduğu uşağın böyüməsi və tərbiyəsi ilə məşğul olmağı Azərbaycan öz üzərinə götürüb. Bunun üçün onlar Azərbaycana “sağ ol” demək əvəzinə çalışırlar ki, Azərbayccanı qaralasınlar və nüfuzdan salsınlar. Başa düşmək olmur ki, Avropa Oyunlarını Azərbaycanda keçirmək üçün etimad göstərdikləri halda, arxadan göstərdikləri əks fəaliyyətin mahiyyəti nədən ibarətdir. Görünür Azərbaycan bu oyunları uğurla həyata keçirib, öz beynəlxalq nüfuzunu xeyli möhkəmləndirə bilməsi onlara xoş gəlməyən bir məsələdir. Onu görə, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə milli şərəf məsələsi kimi baxmalıyıq”.








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az