Bütün islam aləmi sabahdan ehtibarən, 12 ayın sultanı Ramazan ayını Allahın xeyir və bərəkəti ilə bir ay həyata keçirəcəklər. Rəbbimin biz müsəlman əhlinə niyaz etdiyi və buyurduğu bu gözəl ayda hərkəsə Allahın lütf etdiyi iman və duaları arzulayırıq və Vətəninfo.az olaraq Allahın bizə bəxş etdiyi Quranı-Kərimdən
Ayətəl-Kürsü duasını bütün islam əhli üçün təqdim edirik.
Ayətəl-Kürsü Duası
"Əlla hümmə səlli əla Mühəmmədin və ali Mühəmməd.
Bismillahir-rəhmanir-rəhim.
Əllahü la-iləhə illa hüvəl-Həyyül Qəyyum la-təxüzühü sinətün vəla nəvmün ləhü ma fissəmavati vəma fil-ərzi mənzəl ləzi yəşfəu indəhu illa bi-iznihi yəələmü ma bəynə əyidihim vəma xəlfəhüm vəla yühitunəbi-şəyin min ilmihi illa bima şaə vəsiə kürsiyyü-hüs səmavati vəl-ərzə vəla yəudühü hifzü hüma və hüvəl Əliyyül Əzim. Lə-ikrahə fiddini qədtə-bəyyə-nərrüşdü minəl ğəyyi fəmən yəkfur bitta ğuti və yömin billahi fəqədistəmsəkə bil-ürvətil vüsqa lənfisamə ləha vəllahü səmiün əlim. Əllahü vəliyyülləzinə amənu yuxricühüm minəzzülümati ilənnuri vəlləzinə kəfəru əvliya ühümütta-ğuti yuxricunə hüm minən nuri iləzzülümati ulaikə əshabün nari hüm fiha Xalidunə."
Ayətəl-Kürsü Duası (Azərbaycan türkcə tərcüməsi)
"İbadət yalnız Allaha məxsusdur. Allah həmişə diridir, oyaqdır və əbədidir. Onu nə bir mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerlərdə nə varsa hamısı onundur. Kamal sifətləri ilə yaratdığı məxluqatın bütün işlərində hakimdir. Onun icazəsi olmasa heç kim şəfa edə bilməz. Bütün varlıqların(dünya və axirətə aid) gizli və aşkar hər şeyini bilir. Onlar(varlıqlar) Allahın elmindən yalnız Allah istədiyi qədər qavraya bilərlər. Onun kürsüsü, mülkü və səltənəti bütün göyləri və yerləri çevrələmişdir. Göyləri və yeri qorumaq, nəzarət etmək, Ona yorğunluq və ağırlıq etməz. Allah çox uca və əzəmətlidir. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah hər şeyi olduğu kimi eşidəndir, biləndir. Allah Ona iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.