“Ayıq sürücü”nü yol polisi ilə birgə işləməkdə ittiham edirlər – VİDEO

“Ayıq sürücü”nü yol polisi ilə birgə işləməkdə ittiham edirlər – VİDEO

"Ayıq sürücü” xidmətlərinin yol polisi ilə birgə işləməsi iddiaları cəfəngiyyatdır.


Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildiriblər.

İdarədən verilən məlumata görə, istənilən halda sərxoş vəziyyətdə maşını park etmək olmaz:

"Bu, qanun pozuntusudur. Yol Polisi bunu aşkar edirsə, kimliyindən aslı olmayaraq, həmin şəxsi məsuliyyətə cəlb edəcək”.

****

Bakıda bəzi "Ayıq sürücü” xidməti göstərən şirkətləri yol polisi əməkdaşları ilə birgə işləməkdə ittiham edirlər.

Bu barədə Oxu.Az-a xidmətdən istifadə edən sürücülərdən məlumat daxil olub.

Onlar iddia edirlər ki, vətəndaşlar sərxoş olan zamanı "Ayıq sürücü” xidmətindən istifadə edirlər.

Xidmət göstərən sürücünü isə yol polisi izləyir. "Ayıq sürücü” avtomobili sahibi ilə birgə yaşadığı əraziyə aparır. Daha sonra qeyd edir ki, avtomobili yalnız məhəlləyə qədər aparmaq mənim borcumdur, parkinqi özünüz edin, yaxud "tələsirəm” deyərək ərazidən uzaqlaşır. 

Bu mənzərəni DYP əməkdaşı izləyir. Ayıq sürücü ərazidən uzaqlaşandan sonra sürücü avtomobilə əyləşir, bu zaman yol polisi ona yaxınlaşır. Sərxoş olub-olmamasını müəyyənləşdirir. Nəticədə sürücü sərt cəzalandırılır. 

Oxşar hadisəni qeydə alaraq redaksiyamıza yollayıblar. 

Kadrlara baxanda məlum olur ki, yol-patrul xidmətinin əməkdaşları məhəllədə avtomobili izləyirlər, hətta onlar gözə çarpmamaq üçün avtomobilin işıqlarını yandırmırlar. Ayıq sürücü maşını tərk edəndən sonra polis avtomobili hadisə yerinə gəlir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az