Azad Rəhimovun bu səlahiyyəti əlindən alındı — Prezidentdən sərəncam

Azad Rəhimovun bu səlahiyyəti əlindən alındı — Prezidentdən sərəncam
Azərbaycan prezidenti İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

"Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən dəyişiklik idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanın dəyişməsi ilə əlaqədardır.

Dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair səlahiyyət Gənclər və İdman Nazirliyindən alınıb. Bu sahədə dövlət nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Qanuna edilən digər dəyişikliyə əsasən, idman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin Palata tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az