Çərşənbə axşamı “Boeing” şirkəti ilk “Boeing 787 Dreamliner” təyyarəsinin “Azərbaycan Hava Yolları" ASC-yə (AZAL) çatdırıldığını elan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Boeing” şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir. Məlumata əsasən, bu, AZAL-a MDB məkanında "Boeing 787 Dremliner" təyyarəsini istismar edən ilk aviaşirkət olmaq imkanı verəcək.
AZAL-ın sədri Cahangir Əsgərov bildirib: "Biz bir növ inqilabi təyyarəni almağa şadıq. Təyyarə QSC-yə regional və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa kömək edəcək. Təyyarənin göyərtəsində unikal şərait sərnişinlərə yüksək komfortlu uçuşdan gözəl təəssüratı təmin edəcək".
"Boeing" şirkətinin Yaxın Şərqdə satışlar üzrə vitse-prezidenti Marti Bentrotta bildirib ki, şirkət AZAL-la tərəfdaşlıq münasibətlərinə görə fəxr edir və regionda "Boeing 787" təyyarəsinin ilk istismarçısı statusu münasibətilə aviaşirkəti təbrik edir: "Əməkdaşlığımızın gələcək inkişafına ümid edirik".
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli çərşənbə axşamı Trend-ə deyib ki, Bakı yeni təyyarənin gəlməsini gözləyir: "Təyyarə hələ Bakıda deyil, lakin biz onun gəlişini gözləyirik".
M.Səfərli təyyarənin nə vaxt Bakıya gəlməsi ilə bağlı dəqiq məlumatın olmadığını qeyd edib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib