Azalın təyyarəsi quşlarla toqquşdu - Reys təxirə salındı

Azalın təyyarəsi  quşlarla toqquşdu - Reys təxirə salındı

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-İstanbul reysi təyyarənin havaya qalxarkən quş dəstəsi ilə toqquşması səbəbindən gecikib.
Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, toqquşma uçuş-eniş zolağında baş verib və heyət komandiri qaydalara uyğun olaraq uçuşu həyata keçirməmək qərarına gəlib.

P.Kəsəmənski deyib ki, hazırda təyyarəyə texniki baxış keçirilir: "Reysin reallaşdırılmasına icazə təyyarənin saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra veriləcək. İnisdent nəticəsində heç kəs xəsarət almayıb".

Qeyd edək ki, Bakı-İstanbul reysinin uçuşu Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az